MAP

2024.12.11 Il cardinale Pietro Parolin a Milano

Kardinal Parolin: Qəzzada dağıntılar və aclıqla bağlı vəziyyət dözülməzdir

Cümə günü, iyulun 18-də İtaliyanın ictimai yayımı RAI TG2 Post-a müsahibə verən Vatikanın Dövlət Katibi İsrailin baş naziri Netanyahu-nun Papaya telefon zəngindən danışıb, eyni zamanda Qəzzada Müqəddəs Ailə kilsəsinə edilən hücuma aydınlıq gətirilməsinə və deyilən sözlərin ardınca tədbirlərin görülməsinə çağırıb.

Vatican News tərəfindən

Vatikanın Dövlət Katibi kardinal Pietro Parolin 18 iyul, cümə günü, İtaliyanın ictimai yayımı RAI tərəfindən hazırlanan TG2 Post xəbər proqramı üçün verdiyi telefon müsahibəsi zamanı Qəzzadakı vəziyyəti belə təsvir etdi - "həddi-hüdudu olmayan müharibə".  Kardinal, həddləri aşan və hadisələrin mənfi inkişafına işarə edən bir vəziyyətdən danışıb, cümə axşamı Qəzzada üç nəfərin ölümünə və on nəfərin, o cümlədən baş keşiş ata Qabriel Romanelli-nin yaralanmasına səbəb olan Müqəddəs Ailə kilsəsinə edilən hərbi hücumla bağlı şəffaflığa çağırıb. Müqəddəs Taxt-Tacın davam edən münaqişələrdə vasitəçilik roluna toxunan kardinal Parolin "müharibəyə son qoymaq üçün siyasi iradə lazım olduğunu" və "itkilərin hər kəs üçün dəhşətli olduğunu" vurğulayıb.

Dövlət Katibi, Müqəddəs Taxt-Tacın hər zaman vasitəçiliyə açıq olduğunu təkrarlayıb, lakin bildirib ki "vasitəçilik yalnız hər iki tərəf bunu qəbul etdikdə işləyir”. O, dünən Roma Papası ilə baş nazir Netanyahu arasında baş tutan telefon danışığına da münasibət bildirib.

19 iyul 2025, 15:53