Kardinal Qucerotti: Şərqli qardaş və bacılarımız Kilsənin ümumbəşərliyini zənginləşdirirlər
“Vatican News” tərəfindən
Kardinal Klaudio Qucerotti, Papa Fransiskin Pasxa Bazar ertəsi günü vəfatını xatırlayaraq, dirilməyə olan iman haqda düşüncələrini bölüşdü. Müqəddəs Peter Bazilikasında keçirilən 7-ci “Novemdiales” Messasında kardinal vurğuladı ki, dirilmə “insan təbiətinə xas bir hadisə deyil,” bu, “Allahın Ruhu vasitəsilə Onun tərəfindən” gələn bir gerçəklikdir.
Elə bu Ruh vasitəsilə də, o qeyd etdi ki, insan Allahın övladı olur və bütün yaradılışla birlikdə Ona “Abba, Ata” deyə səslənir. Buna baxmayaraq, “bu gün yaradılışın və insanın çox az dəyəri olduğu görünür”, deyə Kardinal vurğuladı. Amma yenə də insan və təbiət arasında bir qarşılıqlı bağlılıq mövcuddur.
O qeyd etdi ki, yaradılış “insanlığın yol yoldaşıdır, bizimlə həmrəydir və bizim də onunla həmrəy olmağımızı istəyir” – bu, Papa Fransisk üçün çox yaxın olan bir mövzu idi.
Şərq və Qərb Kilsələri arasında qardaşlıq
Vəzinin əsas hissəsində, Şərq Kilsələri üzrə Dikasteriyanın fəxri Prefekti olan kardinal, Şərq xristian mənəviyyatının zənginliyi haqda düşüncələrini bölüşdü. Messada fərqliliklərimizə baxmayaraq birləşdiyimizi qeyd edən Kardinal, onların tarixinin xristianlığın ilk dövrlərinə – “Rəbbin diyarının ətrinə” – dayandığını xatırlatdı.
Müqəddəs Peter Bazilikasında keçirilən bu Messada Şərq Katolik Kilsələrinin çoxsaylı üzvləri iştirak edirdi. Kardinal onlara təşəkkür edərək, onların “öz təcrübələri, mədəniyyətləri və mənəviyyatları vasitəsilə Kilsənin ümumbəşərliyini zənginləşdirmək dəvətini qəbul etdiklərinə” görə minnətdarlığını bildirdi.
“Bəşəriyyətin müxtəlifliyini və zənginliyini sevməyi bizə öyrədən Papa Fransisk, şübhəsiz ki, bu gün onun üçün və onunla birgə dua etdiyimizi görərək sevinir..”
Kardinal Qucerotti qeyd etdi ki, “tarix boyu bəzən biz Qərbdəkilər, Şərqdəki bacı-qardaşlarımızı başa düşə bilmədik”. Lakin bu 7-ci “Novemdiales” Messasında – ilahilər və oxunuşların Şərq Kilsələrinin üzvləri tərəfindən yerinə yetirildiyi bir mərasimdə – “bizə bəşəriyyətin müxtəlifliyini və zənginliyini sevməyi öyrədən Papa Fransisk, şübhəsiz ki, bu gün onun üçün və onunla birlikdə dua etdiyimizi görərək sevinir.”
Kardinal bu Messanı, xüsusilə indi – çox sayda Şərqli xristianın Müqəddəs Torpaqdan, qədim vətənlərindən qaçmağa məcbur olduğu bu günlərdə – onların imanlarına sadiq qalmaq üçün bizlərin onları qəbul etməyə və kömək etməyə çağırdığı bir fürsət kimi təqdim etdi.
Nitqinin sonunda kardinal Qucerotti, digər Kardinalları yaxınlaşmaqda olan konklav öncəsi Şərqli Ata, Müqəddəs Yeni İlahiyyatçı Şimonun duasını oxumağa dəvət etdi:
“Gəl, həqiqi nur; gəl, əbədi həyat; gəl, gizli sirr; gəl, adsız xəzinə; gəl, ifadəolunmaz həqiqət; gəl, dərkedilməz şəxsiyyət; gəl, sonsuz sevinc; gəl, gecəsiz işıq; gəl, xilas olacaq hər kəsin tükənməz ümidi. Gəl, yazıq ruhumu həmişə arzulayan və istəyən sən, gəl…”