Papa: Silahlar susmalı, qardaşlıq və ədalətin səsi qalib gəlməlidir
Devid Uotkins tərəfindən
Rusiya Ukraynanın müxtəlif şəhərlərinə hücumlarını gücləndirdiyi bir vaxtda Papa XIV Leo təxirəsalınmaz atəşkəs və dialoq naminə ciddi səylər göstərilməsi çağırışını təkrarlayıb.
Bazar günü, ənənəvi “Rəbbin Mələyi” müraciətində Papa Ukrayna xalqına yaxınlığını bird aha bildirib, müharibənin səbəb olduğu davamlı dağıntılar və ölümlərdən dərindən kədərləndiyini bildirib.
O, atəşkəs çağırışını təkrarlayaraq, hər kəsi laqeydliklə barışmamağa, əksinə duaya və konkret xeyriyyə işlərinə çağırıb.
“İqtidarda olanların silah məntiqindən əl çəkərək, beynəlxalq ictimaiyyətin dəstəyi ilə danışıqlar və sülh yolu tutmasının vaxtıdır”.
Minneapolis məktəbində atışma qurbanları üçün dualar
Papa Leo daha sonra ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində baş verən atışmanın qurbanları üçün dua edib.
“Biz dualarımızda dünyada hər gün ölən və yaralanan saysız-hesabsız uşaqları yad edirik. Gəlin dünyamızı yoluxduran irili-xırdalı silah pandemiyasının dayandırılması üçün Allaha yalvaraq”.
Papa Sülhün Mələkəsi Mübarək Məryəmə müraciət edərək Ondan bəşəriyyətə Yeşayanın peyğəmbərliyinin həyata keçirməsinə yardım etməsini xahiş etdi: “Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək.”
Mavritaniya sahillərində miqrantların ölümü
Papa XIV Leo Mavritaniya sahillərində miqrantları daşıyan gəminin çevrilməsi nəticəsində ən azı 69 nəfərin öldüyünü və təxminən 100 nəfərin hələ də itkin düşdüyünü xatırladıb.
"Bu ölümcül faciə bütün dünyada hər gün təkrarlanır" dedi Papa. “Dua edək ki, Rəbb bizə fərdlər və cəmiyyət olaraq, Onun bu sözlərinə tam şəkildə əməl etməyi öyrətsin: “Mən qərib idim, Məni qəbul etdiniz”.
Sonda Papa ölən hər kəs üçün dua edib. "Biz hər yerdən olan bütün yaralılarımızı, itkinlərimizi və ölülərimizi, Xilaskarımızın sevgi dolu qucağına əmanət edirik".