MAP

MAP Leo XIV� weekly general audience in Vatican

Papa Leo sülh üçün dua etməyə və oruc tutmağa çağırıb

Papa XIV Leo imanlıları avqustun 22-də sülh naminə duada və orucda birləşməyə dəvət edib və silahlı münaqişələr ilə yaralanmış bütün yerlərdə “silahsız və tərksilah edən sülhə” çağırıb.

Vatican News tərəfindən

VI Paul zalında keçirilən həftəlik Ümumi Audiensiyaya toplaşan imanlılara müraciət edən Papa XIV Leo dünyadakı çoxsaylı münaqişələr mövzusuna bir daha toxunub.

Avqustun 22-də qeyd olunan Müqəddəs Mələkə Məryəmin qarşıdan gələn liturgiya xatirsəsinə müraciət edərək, Papa imanlıları həmin gün sülh üçün dua edib oruc tutmağa dəvət etdi. 

"Məryəm yer üzündəki imanlıların Anasıdır və Sülhün Mələkəsi kimi xatırlanır",  dedi Papa.

Dünyamız - Müqəddəs Torpaqda, Ukraynada və digər yerlərdə müharibələr səbəbindən yaralar aldığı bir vaxtda Papa bütün imanlıları müharibədən əziyyət çəkənlərin hamısı üçün "dua və oruc günündə" iştirak etməyə dəvət edərək, "Rəbbdən bizə sülh və ədalət bəxş etməsini və davam edən silahlı münaqişələrdən əziyyət çəkənlərin göz yaşlarını silməsini" diləyib.

“Qoy Sülhün Mələkəsi Məryəmin şəfaəti ilə xalqlar sülh yolunu tapsınlar”.

Papa Leo, Audiensiyada iştirak edən Yasna Qoradakı Çestoxova Xanımımızın ziyarətgahına səfər edəcək polyak dilli imanlıları da salamlayıb.

“Sizdən xahiş edirəm ki, bütün dünyada, xüsusən də Ukrayna və Yaxın Şərqdə silahsız və tərksilah edən sülh ənamı üçün duaları niyyətlərinizə əlavə edəsiniz”.

20 avqust 2025, 13:33

Ən son Audiensiyalar

Həmçinin oxuyun >