Minneapolisin katolik məktəbində faсiə: Papa Leo dərindən kədərləndiyini bildirib.
Vatican News tərəfindən
Minneapolis arxiyepiskopu Bernard Hebdaya göndərdiyi teleqramda Papa “bu dəhşətli faciədən zərər çəkmiş bütün insanlara, xüsusən də övlad itkisinə görə kədərlənən ailələrə” ürəkdən başsağlığı verdiyini və onlara mənəvi yaxınlığını bildirib.
Qurbanlar, yaralananlar və yardım edənlər üçün dualar
Dövlət katibi kardinal Pietro Parolin tərəfindən imzalanan teleqramda deyilir ki, Papa "həyatını itirən uşaqların ruhunu Uca Allahın məhəbbətinə tapşırır" və "yaralılar, eləcə də onlara və yaxınlarına qayğı göstərən xilasedicilər, tibb işçiləri və din xadimləri üçün dua edir".
Papa Leo "Rəbb İsada sülh, möhkəmlik və təsəlli zamini" olaraq "Annunciation” katolik məktəb icmasına, Sent-Pol və Minneapolis arxyepiskopluğuna və iki böyük qardaş şəhərlərin əhalisinə" həvari xeyir-duasını verdi.
Atışma haqqında məlumat
ABŞ-ın Minnesota ştatının ən böyük şəhəri olan Minneapolisdəki “Annunciation” katolik kilsəsində toplaşan imanlılara bir nəfər atəş açıb.
Hücum 27 avqust, yerli vaxtla səhər saat 8:30-da yeni tədris ilinin başlanmasına həsr edilmiş Messa zamanı baş verib. Kompleksdə həmçinin məktəbəqədər hazırlıq və orta məktəb yerləşir.
Atışmadan cəmi bir neçə saat sonra polis ən azı 8 və 10 yaşlı iki uşağın öldüyünü, 14 uşaq olmaqla, 17 nəfərin yaralandığını bildirdi. Yaralananların 7-nin vəziyyəti ağırdır. Atəş açan şəxsin məktəb kompleksinin ibadətgahında uşaqların ayində iştirak etdiyi zaman pəncərələrdən atəş açdıqdan sonra intihar etdiyi güman edilir.
Hücumun motivi hələ də məlum deyil.