Papa: Biz əzab çəkən gənclərin yanındayıq!
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbbin günü, 03 avqust 2025
Əziz bacılar və qardaşlar,
Rəbb İsa bizim aramızda və içimizdədir: Yevxaristiyada mövcud olan hər şey və bütün insanlar var. İsa ilə birlikdə, Yubileyinizin bu günlərini bəxş etdiyinə görə Səmavi Ataya böyük minnətdarlığımızı bildirmək istəyirik. Bu, Kilsə və bütün dünya üçün lütf yağmuru idi! Bu, hər birinizin iştirakı ilə mümkün olmuşdur. Buna görə hər birinizə ürəkdən təşəkkür etmək istəyirəm. Xüsusi olaraq, bu günlərdə dünyasını dəyişən iki gənc zəvvar, ispan və misirli Mariya və Paskale haqqında düşünürəm. Onları Rəbbin mərhəmətinə tapşırıram. Sizi müşayiət edən yepiskoplara, keşişlərə, rahiblərə və müəllimlərə, bu tədbir üçün dua edən və ruhən iştirak edən hər kəsə təşəkkür edirəm.
Sülhümüz və dünyanın ümidi olan Məsihlə birləşərək, özümüzü başqa insanlar tərəfindən törədinlən ağır fəlakətlərdən əziyyət çəkən gənclərə həmişəkindən daha yaxın hiss edirik. Biz Qəzza gənclərinin, Ukrayna gənclərinin, müharibənin qanına bulaşmış bütün ölkələrin gənclərinin yanındayıq. Gənc qardaş və bacılarım, siz başqa bir dünyanın - münaqişələrin silahla deyil, dialoqla həll olunduğu qardaşlıq və dostluq dünyasının mümkün olduğuna işarəsiniz.
Bəli, Məsihlə - Onun məhəbbəti, bağışlaması və Ruhunun gücü ilə bu mümkündür! Əziz dostlarım, İsa ilə, üzüm budaqları tənəyə birləşdiyi kimi birləşərək, siz də çoxlu bəhrə verəcəksiniz. Siz yerin duzu, dünyanın işığı olacaqsınız. Yaşadığınız yerdə, ailənizdə, dostlarınız arasında, məktəbdə, işdə və idmanda ümid toxumu olacaqsınız. Siz ümidimiz olan Məsihlə birlikdə ümid toxumu olacaqsınız.
Bu Yubileydən sonra gənclərin “ümid zəvvarlığı” davam edəcək və bizi Asiyaya aparacaq! Mən, Papa Fransiskin iki il əvvəl Lissabonda etdiyi dəvəti yeniləyirəm. Dünyanın hər yerindən olan gənclər, 3-8 avqust 2027-ci il tarixlərində Koreyanın Seul şəhərində Ümumdünya Gənclər Gününü qeyd etmək üçün Peterin Xələfi ilə bir araya gələcəklər. Mövzu "Cəsarətli olun! Mən dünyaya qalib gəldim" (Yəhya 16, 33). Məhz ürəyimizdə yaşayan ümid bizə dirilmiş Məsihin şər və ölüm üzərində qələbəsini bəyan etmək üçün güc verir; və siz, ey ümidin gənc zəvvarları, dünyanın ucqarlarına qədər bunun şahidi olacaqsınız! Sizi Seulda görməyi səbirsizliklə gözləyirəm: gəlin birlikdə xəyal qurmağa və birlikdə ümid etməyə davam edək.
Gəlin özümüzü Məryəmin ana qayğısına etibar edək.