Roma Papası XIV Leo Ukrayna ailələrinə qida göndərib
Salvatore Çernutsio tərəfindən
Papa Leo-nun fəaliyyəti yay aylarında yavaşlaya bilər, lakin bunun xeyriyyəçiliklə əlaqəsi yoxdur.
Papa XIV Leo-nun Kastel Qandolfo-dakı (Castel Gandolfo) məzuniyyət dövrü, keçən bazar günü Villanova-nın Müqəddəs Tomas kilsəsində keçirilən Messa zamanı dediyi kimi, həyatları və xəyalları "müharibə ilə məhv edilən" əhali üçün həyata keçirilən həmrəylik təşəbbüslərinə aid edilmir.
Papanın Elemozinarisinin İdarəsi (Elemosinerius Apostolica) kimi tanınan Xeyriyyə Xidməti üzrə Dikasteriyanın vasitəsilə Papa Ukraynanın Xarkov şəhərinin bəzi bölgələrinin sakinlərinə ərzaq bağlamaları göndərib .
Yük maşınları Romadakı Müqəddəs Sofiya Bazilikasından yola düşür
"Müqəddəs Ata bizdən bunu mümkün qədər tez etməmizi istədi" – bunu, yardımın çatdırılması ilə bağlı Papa ilə etdiyi söhbətlə bağlı “Vatican News”-a Papanın Elemozinarisi, kardinal Konrad Krayevski deyib.
"Xeyriyyəçilik heç vaxt tətilə çıxmır!" – deyə, kardinal vurğuladı.
Son günlərdə yağ, makaron məhsulları, ət, balıq və konservləşdirilmiş qidalarla dolu yük maşınları 2022-ci ildən bəri əzab çəkən Şərqi Avropa xalqı ilə həmrəylik mərkəzinə çevrilən Romadakı Müqəddəs Sofiya Bazilikasından yola düşdü.
Daşınmalara həmçinin əsas tələbat malları daxildir, onların təyinat yeri Xarkov vilayətinin Starıy Saltiv kəndi və Şevçenkove şəhəridir.
Qida İtaliyada və bütün dünyada xristian prinsiplərinə uyğun olaraq mənəvi, mədəni və xeyriyyə təşəbbüslərini təşviq edən Müqəddəs Georgiy adına Hərbi Konstantinian Ordeni tərəfindən təmin edilmişdir.
Orden həmçinin bu missiyanı yerinə yetirmək üçün lazım olan bir neçə palet təqdim etdi. Bu təşəbbüs iyun ayında eyni Bazilikadan Ukraynaya döşəklər, qida və uşaq oyuncaqlarının yük daşınmasından sonra həyata keçirilib.
Hər şey digər yardım agentlikləri tərəfindən heç bir vasitəçilik və paylama olmadan hərbi hücumlardan sağ çıxan ailələrə birbaşa çatdırılıb.
Ağ qutuların üzərində ukrayna və italyan dillərində yazılar var: “Papa XIV Leo-nun Xarkov əhalisinə hədiyyəsi”.
Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin direktoru Matteo Bruni də bu gün jurnalistlərə bildirib ki, “Papa Leo Tayvanda “Danas” qasırğasının qurbanları və vurduğu ziyanla bağlı məlumatlandırılıb, zərər çəkənlər üçün dua edir və Papanın Elemozinarisi İdarəsindən əhaliyə konkret yardım göstərilməsini xahiş edib”.