MAP

TOPSHOT-PALESTINIAN-ISRAEL-CONFLICT-CHRISTIANITY-CHURCH

Papa yenidən Qəzzada atəşkəsə çağırıb

Papa XIV Leo İsrail hərbi qüvəllərinin iki nəfərin ölümü və bir neçəsinin ağır yaralanması ilə nəticələnən hücumundan sonra Qəzzadakı Müqəddəs Ailə katolik kilsəsinin icmasına başsağlığı teleqramı göndərib.

Françeska Merlo tərəfindən

Vatikanın Dövlət Katibi kardinal Pietro Parolin tərəfindən Papanın adından imzalanan teleqramda Müqəddəs Ata hücum zamanı insan tələfatı və yaralananlara görə dərindən kədərləndiyini bildirib.

O, həmçinin hücum zamanı yaralanan kilsənin baş keşişi, ata Qabriele Romanelliyə və bütün kilsə icmasına ruhani yaxınlığını ifadə edib.

Papa ölənlərin ruhlarını “Uca Allahın mərhəmətinə” tapşırıb, yaralıların sağalması və yaxınlarını itirənlərin təsəlli tapması üçün dualar edib.

Sonda Müqəddəs Ata, sülh və atəşkəs çağırışını bir daha təkrar edərək, “bölgədə dialoq, barışıq və davamlı sülhə dərin ümidini” ifadə edib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bu yana Qəzza müharibəsində 60 200-dən çox insan (58 313 fələstinli və 1 983 israilli) həlak olub.

17 iyul 2025, 16:49