Papa: Biz əbədiyyəti qazanmaq üçün həyata xidmət etməliyik
“RƏBBİN MƏLƏYİ”
Azadlıq meydanı - Piazza della Libertà (Castel Gandolfo)
Rəbbin günü, 13 iyul 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək olsun!
Bugünkü İncil İsaya verilən böyük sualla başlayır: “Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?” (Luka 10, 25). Bu sözlər həyatımızdakı daimi arzunu ifadə edir: xilas olmaq, uğursuzluqdan, şərdən və ölümdən azad bir həyat arzusunu ifadə edir.
İnsan qəlbinin bu ümidi zorla, yalvarmaqla və ya danışıqlar yolu ilə əldə ediləcək bir şey deyil, “miras alınacaq bir şey” kimi təsvir olunur. Təkcə Allahın bəxş edə biləcəyi əbədi həyat, ata-ananın övladlarına qoyduğu miras kimi verilir.
Buna görə də İsa bizə deyir ki, Allahın ənamını almaq üçün biz Onun iradəsini yerinə yetirməliyik. Qanunda yazılıb: “Allahın Rəbbi bütün ürəyinlə sev” və “qonşunu özün kimi sev” (Luka 10, 27; Qan 6, 5; Lev 19, 18). Bu iki əmrə əməl etdikdə biz Atanın məhəbbətinə cavab veririk. Allahın iradəsi həmin o həyat qanunudur ki, Ata Özü bizi Oğlu İsada qeyd-şərtsiz sevərkən ona əməl etdənlərdən ilk olanıdır.
Bacılar və qardaşlar, gəlin İsaya baxaq! O, bizə Allaha və qonşularımıza olan həqiqi məhəbbətin nə demək olduğunu göstərir. Bu məhəbbət səxavətlidir, sahiblənmək istəyi deyil; sualsız bağışlayan məhəbbətdir; başqalarına qədər uzanan və onları heç vaxt tərk etməyən məhəbbətdir . Məsihdə Allah hər bir kişinin və qadının yaxını, qonşusu oldu. Buna görə də hər birimiz qarşılaşdığımız hər kəsə qonşu və yaxın ola bilərik və belə də etməliyik. Dünyanın Xilaskarı İsadan nümunə götürərək, biz də, xüsusən ümidsizlik və məyusluq yaşayan insanlara təsəlli və ümid gətirməyə çağırılmışıq.
Əbədi yaşamaq üçün ölümü aldatmaq yox, başqalarının qayğısına qalmaqla həyata xidmət etmək lazımdır. Bu, cəmiyyətin bütün qaydalarından üstün olan və onlara məna verən ali qanundur.
Gəlin, Mərhəmət Anası Məryəmdən xahiş edək ki, qəlblərimizi Allahın hər zaman xisaledici məhəbbət olan iradəsinə açmağa bizə kömək etsin. Bu yolla biz həyatımızın hər günündə sülhün yaradıcısı olacağıq.