MAP

2025.05.08 Elezione del Romano Pontefice Leone XIV 3/3

Yeni Papa - XIV Leo

“Hamınıza sülh olsun!” – XIV Leonun ilk sözləri bunlar oldu. Konklav tərəfindən Kardinal Robert Fransisk Prevo 267-ci Roma Yepiskopu olaraq seçildi. Yeni Papa Kardinal Protodiakon Dominik Mamberti tərəfindən Papanın seçilməsini gözləyən kütləyə elan edildi.

Annuntio vobis gaudium magnum:

HABEMUS PAPAM

Eminentissimum ac reverendissimum Dominum Robertum Franciscum
Sanctae Romanae Ecclesiae Cardinalem Prevost
Qui sibi nomen imposuit

Leo XIV

Sizə böyük sevinc xəbərini elan edirəm:

BİZİM PAPAMIZ VAR

Müqəddəs Roma Kilsəsinin möhtərəm Kardinalı
Robert Fransisk Prevo Həzrətləri özünə

XIV Leo

adını seçdi.

Bir neçə dəqiqə əvvəl Müqəddəs Peter Bazilikasının eyvanından Kardinal Protodiakon Dominik Mamberti “Habemus Papam” formulunu səsləndirərək Roma şəhərinə və bütün dünyaya Kardinal Robert Fransisk Prevo-nun Papa XIV Leo seçildiyini bəyan etdi.

08 may 2025, 22:21