MAP

2025.05.10 foto e stemma di Papa Leone XIV

Papa XIV Leo-nun Şüarı və Gerbi

Papa XIV Leo onun Avqustinian köklərini aydın şəkildə əks etdirən gerbini və şüarını açıqladı.

“Vatican News” tərəfindən

XIV Leo-nun gerbi onun Avqustinian köklərini və pontifikat dövründə təşviq etmək istədiyi dəyərləri – xüsusilə Kilsə daxilində birliyi və ünsiyyəti – aydın şəkildə əks etdirir.

Qalxan diaqonal şəkildə iki hissəyə bölünmüşdür. Yuxarı yarısı mavi fonda ağ zanbaq çiçəyi ilə bəzədilmişdir.

Qalxanın aşağı yarısında isə açıq fon üzərində Müqəddəs Avqustinin Ordenini xatırladan bir təsvir var: oxla deşilmiş ürək  və bağlı bir kitab. Bu birbaşa Müqəddəs Avqustinin özünün çevrilməsi təcrübəsinə istinad edir. O, Allahın Kəlamı ilə şəxsi qarşılaşmasını belə ifadə etmişdi: “Vulnerasti cor meum verbo tuo” – “Sən mənim qəlbimi Kəlamınla deşdin.”

Papa XIV Leo-nun gerbi
Papa XIV Leo-nun gerbi

&ܳܳ;

XIV Leo eyni zamanda Avqustinian ənənəsini əks etdirən bir şüar da seçmişdir: “In Illo uno unum” – yəni “O Bir Olanda biz də birik.” Bu ifadə Müqəddəs Avqustinin “127-ci Məzmur haqqında şərh” adlı əsərindən götürülüb. Orada o izah edir ki, “biz xristianlar çox olsaq da, bir Məsihdə birik.”

2023-cü ildə “Vatican News müxbiri” Titsiana Kampisi ilə müsahibəsində kardinal Robert Francis Prevost bu şüarın mənası haqqında danışmışdı:

“Yepiskop şüarımdan da göründüyü kimi, birlik və ünsiyyət Avqustinian Ordeninin xarizmasının və həmçinin mənim düşüncə və davranış tərzimin ayrılmaz hissəsidir,” – deyə o bildirmişdi. “Kilsədə ünsiyyəti təşviq etməyi çox vacib sayıram. Yaxşı bilirik ki, Sinodun üç əsas açar sözü bunlardır: ünsiyyət, iştirak və missiya. Ona görə də, bir Avqustinian olaraq, mənim üçün birlik və ünsiyyəti təşviq etmək fundamental əhəmiyyət daşıyır.”

Müqəddəs Avqustinin 127-ci Məzmur haqqında düşüncəsi bu ideyanın teoloji əsasını ortaya qoyur.

“Məsih – Baş və Bədən – bir tək İnsandır. Bəs Məsihin Bədəni nədir? Onun Kilsəsi,” – deyə Müqəddəs Avqustin yazır. O daha sonra əlavə edir: “Biz xristianlar çoxuq, lakin bir olan Məsihdə birik. Biz çoxuq və eyni zamanda birik – çünki Onda birləşmişik. Əgər Başımız göylərdədirsə, bədən üzvləri də Onun ardınca gələcək.”

11 may 2025, 07:20