Papa Leo Müqəddəs Paulun məzarı önündə dua edib
Cozef Tallok tərəfindən
Mayın 20-də, çərşənbə axşamı, günortadan sonra Papa XIV Leo, “Roma divarlarından kənarda” Müqəddəs Paul Bazilikasını ziyarət edib.
Müqəddəs Paulun məzarı önündə bir anlıq dua etdikdən sonra Papa qısa ibadətə başçılıq edib.
Papa Leo vəzində müq. Paulun Romalılara Məktubundan olan oxunuşa müraciət edib. Papanın dediyinə görə, Romalılara Məktubun üç əsas mövzusu - lütf, iman və bəraət - onun çağırıldığı Peter Xidmətinə işıq sala bilər.
Lütf
Papa bu mövzulardan birincisi olan “lütf” və ya “Allahın köməyi” mövzusunu müzakirə etməklə başladı.
Romalılara Məktubunda, dedi Papa Leo, Paul Məsihlə yalnız ona görə qarşılaşdığını etiraf edir ki, Məsih Özü ilk olaraq ona yaxınlaşıb – onun Rəbblə qarşılaşması və sonrakı xidməti “Allahın qabaqlayıcı məhəbbətinin bəhrəsi olub və bu məhəbbət, Paul hələ İncildən uzaqda ikən onu yeni həyata çağırıb”.
Papa Leo qeyd edib ki, müq. Avqustin də buna bənzər sözlər söyləyib: "İlk olaraq seçilmədikcə, biz necə seçə bilərik? Kimsə bizi ilk olaraq sevmədikcə, biz sevə bilmərik".
“Biz Allahın köməyi olmadan yaxşı həyat sürə bilmərik”, dedi Papa və bu reallıq “hər bir çağırışın kökündə” dayanır.
İ
Papa daha sonra müq. Paulun çağırışında imanın rolunu nəzərdən keçirdi.
“Allah Dəməşqə gedən yolda Paula görünəndə onun azadlığını əlindən almadı, əksinə ona qərar vermək imkanı verdi".
Papa izah etdi: "Qurtuluş sehrlə deyil, lütf və imanın, Allahın qabaqlayıcı məhəbbətinin və bizim güvən dolu və sərbəst qəbulumuzun sirli qarşılıqlı təsiri ilə həyata keçir".
əə
Papa Leo-nun nəzərdən keçirdiyi Paulun çağırışının son aspekti “bəraət” və ya müqəddəsliyin artması prosesi idi. Həvarilərin İşləri kitabında təsvir edilir ki, Paul İsa gördükdən sonra xristianları təqib etməyi dayandırıb onlarla birlikdə işləməyə başladı.
Papa imanlıları bu cür məhəbbət göstərmək üçün "yarışmağa" çağırdı. Bu məhəbbət müq. Paulun özünü o qədər başqalarına həsr etməyə sövq etdi ki, nəticədə o şəhid oldu.
Sevgi - hər bir missiyanın əsası kimi
Papa Leo vəzini Papa XVI Benediktin bir sitatı ilə sona çatdırdı: "Allah bizi sevir. Bu, həyatımızın böyük həqiqətidir; qalan hər şeyə məna verən də budur".
Papa Leo dedi ki, bu fikir “hər bir missiyanın əsasıdır”, o cümlədən “Peterin xələfi və Paulun həvari şövqünün varisi kimi mənim öz missiyamın”.
“Rəbb mənə Onun çağırışına imanla cavab vermək üçün lütf bəxş etsin” - deyə, Papa sözlərini yekunlaşdırdı.