Kardinal Artime: "Mərhumlar üçün şəfaət etmək, onları sevgi ilə qucaqlamaq deməkdir"
Viktor Vladimirov tərəfindən
Kardinal öz vəzində vurğulayıb ki, mərhumlar üçün dua mərhəmətin ən yüksək formasıdır, çünki dua edərək biz onlarla əbədi ənamları paylaşırıq. Bunu müqəddəs Alfons Liquori, keşişlərin himayədarı müqəddəs Jan Vianney deyirdi. "Mərhumlar üçün şəfaət etmək, dünyasını dəyişənləri sevgi ilə qucaqlamaq deməkdir" dedi kardinal. "Allahın xalqı olaraq, keşişlər və xüsusən də bu axşam burada toplanmış çoxsaylı rahib və rahibələrlə biz bunu Papa Fransisk üçün edirik." Müqəddəs Ata, Allahın xalqının məhəbbətini hiss edirdi və bilirdi ki, rahiblər onun üçün, onun xidməti üçün, Kilsə və bütün dünya üçün dua edirlər.
Pasxa dövrünün liturgiya oxunuşları sevincdən danışır, kardinal xatırlatdı. Cəsarətli şəhadət və sevinc dolu iman məhz Dirilmiş Olanla qarşılaşmadan və Müqəddəs Ruhun sayəsində doğulur. Müjdəni təbliğ edərkən həvarilər böyük təhlükələrlə üz-üzə gəldilər, lakin onlar nə zəncirlərdən, nə də təqiblərdən qorxmadılar: Dirilmiş Rəbbin yaxınlığı onları gücləndirir və dəyişdiri.
Kardinal Artime vurğuladı ki, müasir dünyanın Dirilmiş Rəbblə görüşə, Onun xilas müjdəsinə ehtiyacı var. Hər bir vəftiz olunmuş şəxs Dirilmiş Rəbbin etibarlı şahidi olmağa çağırılır, lakin məhz rahiblər bütün həyatları boyu Allahın birinciliyinə şəhadət etmək və Allahın Padşahlığının parlaq əlaməti olmaq çağırışın xüsusi möhürünü daşıyırlar. Bu, xüsusilə Allahla canlı əlaqənin itirildiyi, Onun həyatımızın mərkəzində olmalı olduğunu unudulduğu yerdə vacibdir, - kardinal vurğuladı.
Rahibliyi seçənlərin çağırışı - işığı zülmətdə belə görməyi bacaran qəyyumlar olmaq, xüsusən unudulan və ya kənarda qalanlar arasında imanın və ümidin qoruyucuları olmaqdır. Məhz İsaya qarşı böyük məhəbbətlə dolu olan bu peyğəmbərlik xidməti ürəkləri oyatmağa və “tariximizdə artıq mövcud olan yeni həyatı elan etməyə” kömək edir.
Vəzinin sonunda kardinal imanlıları və xüsusilə rahib və rahibələri işığa susayan dünyada Müjdənin canlı əlaməti olmağa çağırdı. "Dirilmiş Rəbb həmişə, zamanın sonuna qədər bizimlədir."