Prezident İlham Əliyev: Roma Papası Fransiskin əziz xatirəsi qəlblərdə daim yaşayacaqdır
Toral Ağayev tərəfindən
“Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.” – məktubda deyilir.
2016-cı ilin oktyabr ayında Roma Papası Fransisk Azərbaycana apostol səfəri etmişdir və bununla da o, II İoann Pavelin 2002-ci ildəki tarixi səfərindən sonra ölkəmizi ziyarət edən ikinci Roma Pontifiki oldu.
Parlaq din xadimi, böyük şəxsiyyət
Prezident İlham Əliyev Roma Papası Fransiskin sülh və dialoq kimi ümumbəşəri dəyərlərə sadiqliyini və Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin möhkəmlənməsində mərhum Papanın müstəsna rolunu vurğulayıb.
“Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi…Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olmuşdur. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır.”