MAP

ITALY-VATICAN-POPE-HEALTH

Roma Papası Cemelli xəstəxanasında rahat gecə keçirib

Papa Fransisk pnevmoniya xəstəliyindən müalicə aldığı Romanın Cemelli xəstəxanasında rahat bir gecə keçirib. Papanın həkimləri onun səhhəti ilə bağlı proqnozların artıq “ehtiyyatlı” olmadığını və sinə qəfəsinin rentgenoqrafiyası nəticələrinin yaxşılaşdığını, lakin vəziyyətinin mürəkkəb olaraq qaldığını və buna görə də Papanın xəstəxana şəraitində qalması tələb olunduğunu bildiriblər.

 

“Vatican News” tərəfindən

Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin cümə axşamı səhər dərc etdiyi açıqlamaya görə, Papa Fransisk gecəni rahat keçirib.

Çərşənbə günün axşamı, Mətbuat Xidməti Müqəddəs Atanın səhhəti ilə bağlı yenilənmə təqdim edərək, Papa Fransiskin klinik vəziyyətinin sabit qaldığını, lakin cüzi yaxşılaşmalara  baxmayaraq, mürəkkəb qaldığını təkrarlayıb.

Açıqlamada, Çərşənbə axşamı günü edilən sinə qəfəsinin rentgenoqrafiyası nəticələrində təsdiqlənmiş yaxşılaşmalar qeyd edildiyi bildirilir.

Qeyd olunub ki, Papa gün ərzində yüksək axınlı oksigen terapiyasına və gecə ərzində qeyri-invaziv mexaniki ventilyasiyana davam edir.

Çərşənbə günün səhəri, Vatikanın VI Paul zalında keçirilən ruhani Məşğələləri izlədikdən sonra Papa Yevxaristiyanı qəbul edib, dua edib və sonra müalicəsinə davam edib.

Bu gün, 13 mart 2025-ci il tarixində Papa Fransiskin Roma Yepiskopu və Ali Pontifik seçilməsinin 12-ci ildönümüdür.

13 mart 2025, 12:55