MAP

MAP Francis hospitalized in Rome

Papa: Gəlin Müdriklərdən Körpə İsaya iman və ümid etməyi öyrənək

Papa Fransisk ikitərəfli pnevmoniyadan Cemelli xəstəxanasında müalicə aldığı zaman çərşəbə günü Ümumi Audiensiyası üçün hazırlanmış katexizisini açıqlayıb. Müqəddəs Ata Üç Padşahın Körpə İsanı ziyarət etməsi haqqında düşüncələlrini təqdim edib.

Çərşənbə, 19 fevral 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. I. İsanın körpəliyi. 6. “Körpəni…gördülər və yerə qapanaraq Ona səcdə qıldılar” (Matta 2, 11). Müdriklər yeni doğulmuş Padşahın ziyarət edir.

Əziz bacılar və qardaşlar,

İsanın uşaqlıq İncillərində yalnız Mattanın hekayəsinə xas olan bir epizod var: Müdriklərin ziyarəti. Bir çox mədəniyyətlərdə müstəsna bir insanın doğulmasının müjdəçisi olan bir ulduzun görünüşü ilə diqqəti cəlb edilən müdriklər hara gedəcəklərini dəqiq bilmədən şərqdən səyahətə çıxırlar. Onlar Muğdular, Əhd əhlinə aid olmayan insanlardır. Sonuncu dəfə biz ibrani cəmiyyəti tərəfindən kənarlaşdırılan Betlehem çobanları haqqında danışdıq, çünki onlar “natəmiz” hesab olunurdular; Bu gün biz başqa bir kateqoriya ilə qarşılaşırıq - əcnəbilər. Onlar dərhal tarixə tamamilə misilsiz bir padşahlıqla daxil olan Allahın Oğluna hörmət etmək üçün gəlirlər. Beləliklə, İncillər bizə aydın şəkildə deyir ki, yoxsullar və əcnəbilər Uşaq olmuş Allah, dünyanın Xilaskarı ilə görüşə ilk dəvət olunanlar sırasındadırlar.

Müdriklər həm Nuhun üç oğlunun yaratdığı ilkin irqlərin, həm də antik dövrdə tanınan üç qitənin -  Asiya, Afrika və Avropanın, eləcə də insan həyatının üç mərhələsinin: gənclik, yetkinlik və qocalıq dövrünün nümayəndələri hesab olunurdular. Bütün mümkün təfsirləri bir yana qoysaq, onlar bir yerdə dayanmayan, lakin Bibliya tarixinin böyük seçilmişləri kimi hərəkət etmək, irəli getmək ehtiyacını hiss edən insanlardır. Onlar özlərindən kənara baxmağı bacaran, yuxarıya baxmağı bilən kişilərdir.

Göydə görünən ulduzun cazibəsi onları Yəhudeya torpağına, Yerusəlimə, padşah Hirodla görüşəcəkləri yerə getməyə vadar edir. Yəhudilərin yeni doğulmuş padşahı haqqında məlumat istəməkdə onların sadəlövhlükləri və etibarları, taxtını itirmək qorxusundan narahat olan Hirodun hiyləqər ağlı ilə toqquşur. Hirod dərhal daha dolğun məlumat əldə etməyə çalışır, ilahiyyatçılarla əlaqə saxlayır və onlardan araşdırma aparmağı xahiş edir.

Beləliklə, yer üzünün hökmdarının gücü onun bütün zəifliyini göstərir. İlahiyyatçılar Müqəddəs Yazıları bilirlər və Mikeyanın peyğəmbərliyinə görə, İsrail xalqının öndəri və çobanının doğulacağı yeri padşaha açıqlayırlar (Mikeya 5,1): bu böyük Yerusəlim deyil, kiçik Betlehem şəhəridir! Paulun korinflilərə xatırlatdığı kimi, “Allah güclüləri utandırmaq üçün dünyanın zəiflərini seçdi” (1 Kor 1, 27).

Lakin Məsihin doğulduğu yeri dəqiq müəyyənləşdirə bilən ilahiyyatçılar başqalarına yol göstərirlər, amma özləri yerindən tərpənmirlər! Həqiqətən, ilahi tezliklərə uyğunlaşmaq üçün peyğəmbərlik mətnlərini bilmək kifayət deyil; insan onların içəriyə daxil olmas;na icazə verməlidir və Allahın Kəlamına Allahı axtarmaq, Allahı görmək istəyini canlandırmasına icazə verməlidir.

Bu zaman Hirod, hiyləgər və zorakılar kimi gizli hərəkət edərək, Müdriklərdən ulduzun görünməsinin dəqiq anını soruşur və onları səyahətlərini davam etdirməyə və sonra ona xəbər gətirmək üçün qayıtmağa təhrik edir ki, o da gedib yeni doğulmuş körpəyə səcdə etsin. Hakimiyyətə bağlı olanlar üçün İsa xoş qarşılanacaq ümid deyil, aradan qaldırılacaq təhlükədir!

“Ulduzun görünməsi o adamlarda qarşısıalınmaz sevinc yaradır”

Müdriklər yenidən yola düşəndə, ulduz yenidən peyda olur və onları İsaya aparır; budur, yaradılış və peyğəmbərlik sözü  - Allahın danışdığı və Özünü tapmasına imkan verən əlifbanı təmsil edən əlamətdir. Ulduzun görünməsi o adamlarda qarşısıalınmaz sevinc yaradır, çünki Allahı səmimiyyətlə axtaran hər kəsin qəlbini hərəkətə gətirən Müqəddəs Ruh da onu sevinclə doldurur. Evə girən müdriklər səcdə edir, İsaya pərəstiş edir və Ona padşaha layiq, Allaha layiq qiymətli hədiyyələr təqdim edirlər. Niyə? Onlar nə görürlər? Qədim bir müəllif yazır: “Onlar “Kəlamın qəbul etdiyi təvazökar kiçik bir bədən görürlər; lakin ilahiliyin izzəti onlardan gizli deyil. Körpə uşaq görürlər; lakin onlar Allaha ibadət edirlər” (CROMAZIO DI AQUILEIA, Mattanın İncilinə şərhlər, 5:1). Beləliklə, müdriklər bütpərəstlər arasında ilk iman gətirənlər olurlar, hər dildən və millətdən bir araya gələn Kilsənin simasıdır.

“Gəlin biz də böyük cəsarətlə addımlarını, qəlblərini və mallarını təkcə İsrailin deyil, bütün xalqların ümidi olan Allaha tərəf çevirən bu “ümid zəvvarları” Müdriklərin yolu ilə gedək”

Əziz qardaş və bacılar, gəlin biz də böyük cəsarətlə addımlarını, qəlblərini və mallarını təkcə İsrailin deyil, bütün xalqların ümidi olan Allaha tərəf çevirən bu “ümid zəvvarları” Müdriklərin yolu ilə gedək. Gəlin Allaha Onun kiçikliyində, bizi əzməyən, əksinə azad edən və ləyaqətlə xidmət etməyə imkan verən padşahlığında pərəstiş etməyi öyrənək. İmanımızı və sevgimizi ifadə etmək üçün Ona ən gözəl hədiyyələri təqdim edək.

19 fevral 2025, 13:30

Ən son Audiensiyalar

Həmçinin oxuyun >