MAP

2024.09.03 San Gregorio Magno. Frammento di un dipinto di C. Saraceni

Liturgiya oxunuşları: 3 SENTYABR. Müq. Böyük Qriqoriy, papa

“İsanın etdiyi şəfalar Allahın məhəbbətinin əlamətləridir: onlar Allaha doğru aparır və insanın ən ciddi xəstəliyinin həqiqət və məhəbbət mənbəyi olan Allahın yoxluğu olduğunu açıqlayır. Həqiqi həyatı və şəfanl bizə yalnız Allahla barışmaq verir, çünki sevgisiz və həqiqətsiz həyat həyat olmazdı” (Papa XVI Benedikt, Rəbbin Mələyi, 08.02.2009).

BİRİNCİ OXUNUŞ Kol 1, 1-8

llahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan və Timotey qardaşdan 2 Kolossedəki Məsihdə olan müqəddəs və sadiq bacı-qardaşlara salam! Atamız Allahdan sizə lütf və sülh olsun! Sizin üçün həmişə dua edərkən Allaha – Rəbbimiz İsa Məsihin Atasına şükür edirik. Çünki sizin Məsih İsaya imanınızdan və bütün müqəddəslərə göstərdiyiniz məhəbbətdən xəbərdar olduq. İmanınız və məhəbbətiniz göylərdə sizin üçün saxlanan şeylərə bağladığınız ümiddən qaynaqlanır. Bu barədə sizə çatan, Müjdə olan həqiqət kəlamından əvvəlcədən eşitmisiniz. Bu Müjdə onu eşitdiyiniz, həqiqətdə Allahın lütfünü dərk etdiyiniz gündən bəri sizdə olduğu kimi bütün dünyada da bəhrə verməkdə və yayılmaqdadır. Bunu bizimlə birgə Məsihin qulu və sizin üçün çalışan Onun sadiq xidmətçisi sevimli Epafradan öyrəndiniz. O, Ruhdan qaynaqlanan məhəbbətinizin xəbərini də bizə çatdırdı.

əڲ

Müqəddəs Paul Kolossdakı xristianların imanlarının xoşbəxt və bəhrəli başlanğıcını xatırladaraq onların imanını gücləndirir. Həvari Koloss icmasının imanı və məhəbbəti üçün Allaha şükür etməklə başlayır. O, xatırladır ki, onların İsa Məsihə olan imanı və qonşularına olan məhəbbət ayrılmaz şəkildə bağlıdır: həqiqi iman sadəcə bir əqidə deyil, Allaha və başqalarına məhəbbətin canlı ifadəsidir. Paulun sözlərinə görə, Koloss icmasına sevinc gətirən İncil bütün dünyaya yayılmaqda davam edir. Məsihin Müjdəsi insanı istənilən vaxt və hər yerdə axtarır, çünki Allah hamının xilas olmasını istəyir. İnsanlar Allahın məhəbbətini qəbul etdikdə “müqəddəs” olurlar və bu məhəbbəti başqalarına çatdırmağa, ötürməyə çağırılırlar. Xristian sevinci artıq bu gün bizim üçün nəzərdə tutulub, həyat vəziyyətlərimizdən asılı olmayaraq, İncil burada və indi səslənən xilas xəbəridir. Bu, bizə Məzmurun sözləri ilə nida etməyə imkan verir: “Mən Allahın sədaqətinə əbədi olaraq güvənirəm”. Allah Öz vədlərinə daim sadiqdir və Onun xəbəri hər bir insan üçün aktualdır.

İNCİL Luka 4, 38-44

İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası isə yüksək qızdırma içində yatırdı. Bu qadından ötrü İsadan kömək istədilər. İsa ona yaxınlaşıb qızdırma xəstəliyinə qadağan etdi və qadının qızdırması düşdü. Qadın o anda durub onlara xidmət etməyə başladı. Gün batanda hamı müxtəlif xəstəliyə tutulanları İsanın yanına gətirdi. O hər birinin üzərinə əllərini qoyub onlara şəfa verdi. Bir çoxlarındansa cinlər «Sən Allahın Oğlusan!» deyə bağıraraq çıxırdı. O isə onlara qadağan edir, danışmağa izin vermirdi. Çünki onlar İsanın Məsih olduğunu bilirdilər. Səhər açılanda İsa çıxıb kimsəsiz bir yerə getdi. Camaat isə Onu axtarırdı və İsanın yanına gəlib onları tərk etməsin deyə Onu yanlarında saxlamaq istədilər. Lakin İsa onlara dedi: «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini yaymalıyam, çünki Mən bunun üçün göndərilmişəm». Beləliklə, İsa Yəhudeyanın sinaqoqlarında vəz etməyə davam etdi.

əڲ  

Sinaqoqdan çıxandan sonra İsa gündəlik həyatda şəfqət və şəfa nümayiş etdirərək xidmətini davam etdirir. Beləliklə, O, Şimonun evinə daxil olur, bu isə, Onun xidmətinin Məbədlə məhdudlaşmadığını vurğulayır. Rəbb adi insanların yaşadığı, ağrı və ehtiyac olan yerə gəlir. O, şəxsi həyatımızın və qəlbimizin simvolu olan “evə girir”. İsa Peterin xəstə qayınanası haqqında öyrənəndə laqeyd qalmır, əksinə, səmimi mərhəmət göstərir və onu sağaldır. Bu hərəkət insan əzabından üz çevirməyən Allahın məhəbbətinin nümunəsidir. Rəbb bizim “dərdlərimizi” – şəxsi iztirablarımızı, xəstəliklərimizi və zəifliklərimizi sağaltmaq üçün gəlir. İncilin bu parçasında vacib bir məqam sağalmış qadının kortəbii reaksiyasıdır: " Qadın o anda durub onlara xidmət etməyə başladı." Onun sağalması son məqsəd deyil, başqalarına xidmətinin başlanğıcı idi. Allahın şəfası və mərhəməti təkcə bizim xeyrimizə deyil, həm də başqalarına səxavətlə xidmət edə bilməyimiz üçündür. Gəlin xatırlayaq ki, İsa hər yerdədir: dünən sinaqoqda, bu gün evdə və qapının astanasında. Bu o deməkdir ki, yer üzündə elə bir yer yoxdur ki, orada İsanın adı ilə yaxşılıq etmək imkanı olmasın. Bu gün həmin “ev” bizim həyatımızdır. İsa yaralı bir ürək tapacağını bilərək həyatımıza daxil olur. O, bunu məhəbbətdən edir və O, məhz bu məhəbbətlə xilas edir.

02 sentyabr 2025, 20:04