MAP

2020.08.31 Vangelo del giorno Gesu in sinagoga Decani Kosovo sec. XIV

Liturgiya oxunuşları: 2 SENTYABR. Adi Dövrün XXII həftəsinin çərşənbə axşamı

İsanın suya atılan daşdan yaranan dairələr kimi yayılan müqəddəsliyinə görə şər tezliklə yox olacaq, o əbədi deyil. Dua bütün qorxuları aradan qaldırır, çünki Ata bizi sevir, Oğul bizim əllərimizin yanında əllərini qaldırır və Müqəddəs Ruh dünyanın fidyə olunması üçün işləyir. Biz qeyri-müəyyənlikdə tərəddüd etmirik, qəti şəkildə əminik - Allah bizi sevir, İsa bizim üçün həyatını verib, Müqəddəs Ruh isə içimizdədir. Biz buna qəti əminik. Bəs şər? Şər qorxur və bu çox gözəldir (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ 1 Sal  5,1-6.9-11

Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur. Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək. İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər. Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq. Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq. Çünki Allah bizi qəzəbə düçar olmaq üçün deyil, Rəbbimiz İsa Məsih vasitəsilə xilasa nail olmaq üçün təyin edib. Məsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdə yaşayaq. Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin.

əڲ

Müqəddəs Paulun yazdığı Salonikdəki xristianlar üçün əsas problem Məsihin ikinci gəlişi və qiyamət günü ilə bağlı narahatlıq idi. Onlar bu hadisəyə görə o qədər narahat idilər ki, həvari onları sakitləşdirməli, başa salmalı oldu ki, bu hadisəni qaçırmayacaqlar və panikaya düşməməlidirlər. Saloniklərdən fərqli olaraq, bu gün bir çox insanlar Allah, əbədiyyət və qiyamət günü haqqında heç düşünmür, sanki Allah yoxmuş kimi yaşayırlar. Bu, imanın vacib hissəsi olan ümidin itirilməsinə səbəb olur. Məna və məqsəd mənbəyi olan Allaha iman olmadan insan “yetimə” çevrilir – mənəvi atalıqdan və gələcəkdən məhrum olur.

İNCİL Luka 4,31-37

İsa Qalileyanın Kefernahum şəhərinə gəldi və Şənbə günü onlara təlim öyrətməyə başladı. Onun təliminə təəccüblənirdilər, çünki O, səlahiyyətlə danışırdı. Həmin vaxt sinaqoqda cinə – natəmiz ruha tutulmuş bir nəfər var idi. O ucadan çığırdı:  «Nə olub? Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm Sən Kimsən: Allahın Müqəddəsisən!» Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» Cin bu adamı hamının qabağında yerə yıxıb heç bir zərər vermədən ondan çıxdı. Hamı heyrətə düşdü və bir-birinə dedi: «Bu söz nədir? O, natəmiz ruhlara səlahiyyət və qüdrətlə əmr edir, onlar da çıxır!» İsa haqqında xəbər bu bölgənin hər yerinə yayıldı.

əڲ  

İncilə görə, insanlar İsanın təliminə təəccüblənirdilər, çünki “O, səlahiyyətlə danışırdı”: Onun sözləri o dövrün digər müəllimlərinin sözləri kimi sadəcə nəzəriyyə və ya Müqəddəs Yazılardan sitatlar deyildi, onlar canlı idi, təsirli idi və hətta reallığı dəyişirdi. Bu səlahiyyət o qədər aşkar idi ki, hətta cinə tutulmuş adamın içindəki şər ruh da onu görməzlikdən gələ bilmirdi. Məhz bu səlahiyyət cinin qışqırmasına səbəb olur: "Nə olub? Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən?" Bu vaxta qədər sinaqoqda sakitcə gizlənən şehytan “mən bilirəm Sən Kimsən: Allahın Müqəddəsisən” deməklə İsanın ilahi təbiətini bildiyini göstərdi. Bu məqam mühüm mənəvi dərs verir: Allah və Onun təlimi haqqında bilmək kifayət deyil. Şeytan İsanın kim olduğunu bilirdi, lakin bu bilik onu xilasa aparmadı, ancaq üsyana apardı. Bəs bizim qəlbimizdə oxşar ziddiyyət yoxdurmu? Biz iman haqqında hər şeyi bilə bilərik, icmamızın fəal üzvü ola bilərik, lakin həyatımız eyni vaxtda həm Allahın, həm də şeytanın planlarını ehtiva edirsə, biliyimiz iblisin ağlı və geniş biliyi kimi nəticəsiz qalacaq. Həqiqi iman sadəcə bilik və ya adətlərə riayət etmək deyil, şərdən tam qurtuluşa aparan sevgidir. İsanı tanımaq yox, Onu bütün qəlbimizlə sevmək və Onun təlimlərinə əməl etmək lazımdır ki, Onun təvazökar, mərhəmətli, fədakar məhəbbəti həyatımızda tam hökmranlıq etsin. Bizi şərdən azad etsin deyə İsaya fəryad edək; qoy Xilaskar bizim qəlbimizdə, düşüncələrimizdə və əməllərimizdə hökmranlıq etsin!

02 sentyabr 2025, 09:32