MAP

Shooting At Annunciation School Church In Minneapolis Leaves Multiple Children Dead And Many Injured

Minneapolis faciəsindən sonra ABŞ Katolik əsi matəmdədir

Amerika Birləşmiş Ştatlardakı ə, çərşənbə günü bir gəncin Minneapolisdəki “Annunciation” katolik dini-təhsil mərkəzində Messa zamanı atəş açdığına görə baş vermiş faciə ilə bağlı dərindən kədərləndiyini bildirir və başsağlığı verir. Hücum nəticəsində iki uşaq ölüb, təxminən 17 nəfər yaralanıb. Qatil intihar edib.

Vatican News tərəfindən

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərinin icmasına başsağlığı, həmrəylik və dua mesajları daxil olmaqdadır. 

Dəhşətli xəbəri eşidən Mədəniyyət və Təhsil Dekastriyasının prefekti kardinal Xose Tolentino de Mendonça Minneapolis arxiyepiskopu Bernard Hebdeyə teleqram göndərərək iki uşağın Messa zamanı həlak olması ilə bağlı “dərin hüznlə başsağlığını” verib. Məktubda icma əmin edilib ki,  “həlak olnalar və onların ailələri üçün hərarətli dualar oxunulur”, həmçinin “zərər çəkmiş bütün cəmiyyətə mənəvi yaxınlıq” ifadə edilib. Kardinal de Mendonça qeyd edib ki, bu ürəkağrıdan hadisə, müasir çağırışlar qarşısında “həm silahsız olan, həm də tərksilah edən sülhə əsaslanan qardaşlıq mədəniyyətini qurmağa davam etmək üçün katolik təhsilinin yeni səylərə ehtiyac olduğunu nümayiş etdirir”.

Avqustun 27-də, çərşənbə günü verdiyi açıqlamada Çikaqo arxiyepiskopu kardinal Bleyz Supiç bildirib ki, “cismən və ruhdan yaralananların sağalması və öldürülən uşaqların cənnətə qəbul edilməsi üçün dualarımızı başqaları ilə birləşdiririk. Biz belə bir faciənin daha baş verməməsi üçün tədbirlər görməliyik”. Kardinal Supiç kədərlə vurğulayır ki, "hər hansı bir yer təhlükəsiz olmalı idisə, bura olmalı idi. Hər hansı bir zaman təhlükəsiz olmalı idisə, buradakı zaman olmalı idi. Təəssüf ki, biz amerikalılar, hətta uşaqlar da, silahlı zorakılığının lənətindən azad ola biləcəyimiz heç bir yer və ya zaman tanımırıq".

Kardinal Supiç "insanlarımızın təhlükəsizliyini milli prioritet etmək qüdrətinə sahib olanlar" üçün dualar etməyə təşviq etdi: “Allah onlara cəsarət versin ki, valideynlərin övladlarını məktəbə göndərərkən hiss etməli olduqları qorxunu tam aradan qaldırmasa da, onu yüngülləşdirmək üçün bildikləri addımları atsınlar... Şübhəsiz ki, valideynlərə bu hadisədən çox təsirlənib. Dua edirik ki, onlar bunu qaçılmaz kimi qəbul etməsinlər, əks halda biz yaşamaq, azadlıq və xoşbəxtliyə can atmaq hüququmuzdan imtina etmiş olarıq”.

Başsağlıqlarını, həmçinin, Nyuarkın arxiyepiskopu, kardinal Cozef Tobin və Nyu-Yorkun arxiyepiskopu, kardinal Timoti Dolan göndərib və həlak olanlar, yaralılar, onların ailələri, dini-təhsil kompleksinin müəllimləri və ruhaniləri üçün dua etməyə çağırıblar.

 

28 avqust 2025, 21:40