MAP

2021.02.26 Transfigurazione - Vangelo II Domenica di Quaresima ‘B'

Liturgiya oxunuşları: 6 AVQUST. Rəbbin Surətinin Dəyişilməsi Bayramı

“Şagirdlərin Tabor dağına çıxması, zirvəyə qalxmaq və İsanı seyr etmək üçün dünyəvi işlərdən uzaqlaşmağın nə qədər vacib olduğunu anlamağa kömək edir. Bu yol Atanın sevimli Oğlu Məsihə diqqətlə və ehtiramla qulaq asmaqdan, Allahın Kəlamını təvazökarlıqla və sevinclə qəbul etmək üçün duaya vaxt tapmağa çalışmaqdan ibarətdir” (Fransisk, Rəbbin Mələyi 06.08.2017).

BİRİNCİ OXUNUŞ 2 Pet 1,16-19

Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq. Çünki Böyük Ehtişamı Olandan Ona belə bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». O vaxt Ata Allahdan izzət və şərəf qəbul etdi. Müqəddəs dağda Onunla birgə olduğumuz üçün göydən gələn bu səsi biz də eşitdik. Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz. 

əڲ

Əgər siz nə vaxtsa Müqəddəs Torpaqda olmusunuzsa və Tabor dağına çıxmısınızsa, həvari Peterin bu sözlərini çox yaxşı başa düşəcəksiniz. İllər keçməsinə baxmayaraq, o, digər iki həvari ilə birlikdə şahidi olduğu və onları heyrətə gətirən hadisəni hələ də dəqiqliklə xatırlayır. Bu gün də Məsihin Simasının ilahi nurunun  parladığı o dağın zirvəsində zəvvarlar xüsusi sükut və dua ruhunu hiss edir: o dağda Səma açıldı və nuru, Allahla ünsiyyətu axtaranlar Taborda o vəhyin izlərini tapa bilərlər. əyə girərək və Yevxaristiyada İsanın qarşısında ehtiramla diz çökərək, biz də oxşar nur və məhəbbət təcrübəsini yaşamış oluruq.

İNCİL Luka 9,28b-36

İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı. İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı. O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi. Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar. Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər. Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi. Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü. Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!» Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar.

əڲ

Müjdəçi Luka İsanın Surətinin Dəyişdirilməsinin dərin dua halında baş verdiyini bildirir. Üstəlik, elə görünür ki, Məsih məhz dua etdiyi üçün dəyişir. Bu, həqiqətən də vacib bir məqamdır: dua edərkən biz də xüsusi bir nura bürünürük ki, bu nur təkcə qəlbi və zehni işıqlandırmır, həm də zahiri iz buraxır. Tabor dağı təcrübəsinin əks-sədasını, təvazökarlıqla, səmimiyyətlə və qəlbən dua etməklə, özünü tamamilə Allahın iradəsinə təslim etməklə, özünü Allahın sevgisinə açmaqla yaşamaq olar. Uşaqlara xas olan güvən ilə edilən dua, həvarilərin öz gözləri ilə gördükləri, ehtiramla qoruyub saxlandıqları və böyük həyəcan ilə təsvir etdikləri nur parıltısa bənzəyir. 

05 avqust 2025, 10:26