MAP

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 30 AVQUST. Adi Dövrün XXI həftəsinin şənbəsi

“Bu məsəllə İsa şagirdlərinə Onun bəxş etdiyi ənamlardan yaxşı istifadə etməyi öyrətmək istəyir: Allah hər bir insanı həyata çağırır və ona istedadlar verib yerinə yetirmək üçün bir missiya tapşırır. Bu ənamların haqlı olaraq bizim olduğunu düşünmək ağılsızlıq, onlardan istifadə etməmək varlığımızın məqsədini inkar etmək olardı” (XVI Benedikt, Rəbbin Mələyi 13.11.2011).

BİRİNCİ OXUNUŞ 1 Sal 4, 9-11

Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib. 10 Əslində, siz bütün Makedoniyadakı bacı-qardaşların hamısı ilə belə davranırsınız. Lakin ey qardaşlar, rica edirik ki, belə işlərin sayını artırın. 11 Sizə əmr etdiyimiz kimi çalışın ki, dinc yaşayasınız, öz işinizlə məşğul olasınız və əliniz işdə-gücdə olsun.

əڲ

Həyatımız boyu öyrənə biləcəyimiz çox şey var, bəzilərini nəzəri öyrənirik, bəzilərini isə praktik şəkildə. Bununla belə, başqalarını sevməkdə heç vaxt kifayət qədər «səriştəli» ola bilməyəcəyik. Burada həmişə öyrənmək və təkmilləşmək üçün imkan var; yer üzündə qonşularımızı necə sevməyi birdəfəlik öyrənəcəyimiz bir an olmayacaq. Ünsiyyət qurmağın son dərəcə çətin olduğu insanları belə sevməyi öyrənmək üçün dua, səbir və Allaha böyük etibar tələb olunur. Bugünkü oxunuşda Müqəddəs Paul deyir ki, başqalarını sevmək ürəyin tərbiyəsi məsələsidir: biz bu sevgini nə qədər çox inkişaf etdirsək, o bir o qədər düşüncələrimiz, sözlərimiz və hərəkətlərimiz üçün təbii olacaq.

İNCİL Мatta 23,13-22

Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi. O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı. İki talant alan da beləcə daha iki talant qazandı. Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi. Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. 20 Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan. Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!” Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi? Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım. İndi əlindəki talantı ondan alın və on talantı olana verin! Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq. Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”.

əڲ  

Şübhəsiz ki, Allahın lütfü ilə biz xüsusi ənamlar almışıq. İstər az olsun, istərsə də çox, vacib olan odur ki, bu ənamlar bəhrə versin və başqalarına xidmət etsin. Yalnız bu şəkildə bizə verilən ənam böyüyəcək və Allahın izzətinə və başqalarının xeyrinə çoxalacaq. Problem o zaman yaranır ki, biz laqeydlik, tənbəllik və ya da qorxu ucbatından istedadlarımızı gizlədirik, onlardan özümüzü inkişaf etdirmək və başqalarının Allaha məhəbbət və xidmətdə böyüməsinə kömək etmək fürsəti kimi istifadə etmirik. Belə olan halda, biz həqiqətən nankorluq edirik və ən vacib olanı dərk etmirik: əgər Rəbb bizə Öz lütf və mərhəmətini səxavətlə bəxş edirsə, bu ona görədir ki, biz də öz növbəmizdə Onun ənamlarını “dövriyyəyə” qoyub başqaları ilə bölüşə bilək. Başqalarının xeyrinə olan kiçik bir jest belə bizim üçün və Rəbbin bizə göndərdiyi insanlar üçün əvəzolunmaz ola bilər.

30 avqust 2025, 06:26