MAP

2024.08.27 Santa Monica. Estratto da un dipinto di Benozzo Gozzoli

Liturgiya oxunuşları: 27 AVQUST. Müq. Monika

“İsa bizi qınamaqda maraqlı deyil; O, heç birimizin həlak olmasını istəmir. Rəbbin üzərimizə baxışı bizi çətin vəziyyətə salan göz qamaşdırıcı bir mayak deyil, özümüzdəki yaxşılığı görməyə və pisliyi dərk etməyə kömək edən yumşaq, mehriban bir işıqdır ki, Onun lütfünün dəstəyi ilə həyatımızı dəyişib şəfa tapa bilək” (Papa Fransisk, Rəbbin Mələyi 10.03.2024).

BİRİNCİ OXUNUŞ 1 Sal 2, 9-13

Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik. Siz imanlılarla necə müqəddəs, saleh və nöqsansız davrandığımıza həm özünüz, həm də Allah şahiddir. Bildiyiniz kimi, ata övladları ilə necə rəftar edirsə, biz də hər birinizlə elə rəftar etdik. Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz. Biz də dayanmadan Allaha şükür edirik ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz.

əڲ

Bir həvariyə qiymət verərkən adətən ilk növbədə onun əməllərinə, həyat şəhadətinə və yalnız bundan sonra sözlərinin məzmununa nəzər salınır. Doğrudan da, vaiz dediklərinə və öyrətdiklərinə öz həyatında əməl etmirsə, onun  ən bəlağətli xitab və nəsihətləri belə inandırıcı olmur. Buna görə də, müq. Paul Salonikli xristianlara onların arasında necə yaşadığını və necə davrandığını xatırladır. Vacib olan,  xristian həyatını başqaları üçün doğru və etibarlı edən məhz budur. Biz dünyada Məsihin şahidi olmaq və bunun üçün konkret yol axtarmaq istəyəndə, gəlin ilk növbədə davranışımıza nəzər salaq. Bu, İsanın şagirdləri olduğumuzu söyləmək və başqalarına göstərmək üçün ən yaxşı yol olacaq.

İNCİL Мatta 23, 23-26

Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz. Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz. “Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz.  Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz. Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın!

əڲ  

«Ağardılmış məqbərə» - bu, əlbəttə ki, tərif deyil. Yalan və ikiüzlü olmaq deməkdir: içəridə olana uyğun gəlməyən təmiz fasad təqdim etmək deməkdir. Belə bir ləqəb son dərəcə xoşagəlməzdir, çünki bu, insanın, əslində, dərin və sağalmaz daxili parçalanma ilə ikili həyat sürməsi deməkdir. Bu, fariseylərin xüsusiyyəti idi. Təəssüf ki, hər birimizin içində gizlənmiş, heç gözləmədiyimiz anda ortaya çıxmağa hazır olan və maska ​​taxmağa, ikiüzlülüklə yaşamağa hazır olan bir “farisey” yaşayır. Özümüzü Məsihin sadiq şagirdləri hesab edirik və sonra davranışımızla bunu təkzib edirik! Davamlı olmaq - bu, hər bir təhlükəli daxili parçalanmanı sağaldan dərmandır.

27 avqust 2025, 10:26