MAP

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 26 AVQUST. Adi Dövrün XXI həftəsinin çərşənbə axşamı

“Bibliyada riyakarların ittiham edilməsinə dair çoxlu nümunələr var. Riyakar o kəsdir ki, zahiri görüntü yaradır, yaltaqlıq edir, aldadır, üzü maskalı yaşayır, haqqın üzünə baxmağa cəsarəti çatmır. ədə riyakarlıq xüsusilə iyrəncdir: ikiüzlü olan çoxlu xristianlar, ruhanilər var. Gəlin gerçək olmaqdan, doğru danışmaqdan, haqqı dinləməkdən, həqiqətlə uyğunlaşmaqdan qorxmayaq” (Fransisk, Ümumi Audiensiya 25.08.2021).

BİRİNCİ OXUNUŞ 1 Sal 2,1-8

Qardaşlar, özünüz də bilirsiniz ki, yanınıza gəlməyimiz əbəs olmadı. Bildiyiniz kimi, əvvəlcə Filipidə əziyyət çəkmiş, təhqir olunmuşduq. Amma böyük ziddiyyətlərə baxmayaraq, Allahın Müjdəsini sizə bəyan etmək üçün Allahımızdan cəsarət aldıq. Çünki bizim çağırışımız aldatmağa, murdarlığa əsaslanmır və bunun hiyləgərliyə də dəxli yoxdur. Əksinə, Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil, ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq. Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlərlə yaxud tamahkarlığı gizlədən riyakarlıqla gəlmədik. Allah da buna şahiddir. 6 İzzəti heç bir insanda – nə sizdə, nə də başqalarında axtardıq. Məsihin həvariləri kimi bunu sizdən tələb edə bilərdik, amma biz sizinlə övladlarını isti qucağına alıb yedirdən ana kimi mülayim rəftar etdik. 8 Sizlərə elə könül bağlamışdıq ki, yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı belə, sizə verməyə razı idik. Çünki bizim sevimlilərimiz idiniz.

əڲ

Məhəbbət dolu ürəklə, həvari Paul müjdəçilik vasitəsilə imanın tamlığına çatdırdığı insanlara müraciət edir. Hərdən ürəyimizdə çox incə bir istək yer alır: sevgimizi bəxş etdiyimiz insanları özümüzə bağlamağa çalışırıq. Biz unuduruq ki, vermək və qarşılığında heç nə gözləmək Allahla dolu qəlblə yaşayanlara xasdır. Etdiklərimizin müqabilində nəyisə, hətta diqqət də gözləmək, hərəkətlərimizə və niyyətlərimizə qeyri-müəyyənlik salmaq deməkdir, çünki onları Allahın övladlarına xas olan fədakarlıqdan məhrum edir. Xristianı həqiqətən maraqlandıra biləcək yeganə mükafat ürəyimizi oxuyan və hər birini Öz mərhəmətli lütfünə görə mükafatlandıran Ata Allahın mükafatıdır.

İNCİL Мatta 23, 23-26

Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz! Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur. Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!

əڲ  

İnsanlar Allahın nəzərində sayı az, lakin həqiqi və ən vacib əmrləri yerinə yetirməmək üçün çox az əhəmiyyət kəsb edən şeylərə önəm verməkdə bacarıqlıdırlar. Musanın Qanunundakı qurbanlar və təqdimlər mərhəmət, ədalət və sədaqət əmrlərinin daha yaxşı yerinə yetirilməsinə xidmət etmək üçün nəzərdə tutulmuşdu. Ancaq fariseylərin nəzərində onlar müstəqil əhəmiyyət qazandılar. Nəticədə bu xidmətçilər qurbanlar verməklə Allah qarşısında borclarını yerinə yetirdiklərinə inanırdılar. Kim bilir – bəlkə biz də eyni şəkildə davranırıq? Hətta duaları və mərhəmət işləri də bir sikkə, Allaha bizim necə yaxşı və müqəddəs olduğumuzu, Onun dostluğuna və lütfünə necə “layiq olduğumuzu” göstərmək üçün bir vasitə hesab etmək olar.

26 avqust 2025, 11:27