MAP

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 25 AVQUST. Adi Dövrün XXI həftəsinin bazar ertəsi

“Riyakar bir icmanı məhv edə bilər. Gəlin Rəbbimizdən bizə lütf bəxş etməsini diləyək ki, heç vaxt ikiüzlü olmayaq, hər zaman doğrunu danışaq, bacara bilmiriksə, susaq, amma heç bir halda ikiüzlü olmayaq” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 06.06.2017).

BİRİNCİ OXUNUŞ 1 Sal 1, 1-5.8-10

Paul, Sila və Timoteydən Ata Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! Sizə lütf və sülh olsun! Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik. Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq. Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib. Ona görə ki yaydığımız Müjdə yalnız sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandırıcılıqla sizə çatıb. Aranızda ikən sizin üçün necə bir adam olduğumuzu bildiniz. Çünki Rəbbin kəlamının sədası sizdən yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya və Axayyaya deyil, hər yerə çatıb. Daha bizə söz deməyə ehtiyac qalmadı. Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz.

əڲ

Çağırışlar haqqında danışarkən, biz həmişə kilsədə xüsusi bir missiyanı yerinə yetirmək üçün təyin olunanları düşünürük. Əslində, Həvari Paul hər bir xristianın vəftiz olunması sayəsində Allahdan çağırış aldığını bildirir. Rəbb Özünü təkrarlamır və buna görə də hər birinə xüsusi bir missiya həvalə edir. Bu, bizi, ə üzvlərini, hər biri özünəməxsus şəkildə Məsihin sirrli Bədənini qurmaq naminə işləyən unikal və təkrarolunmaz insanlar icması edir. Neçə xristian bunu həqiqətən dərk edir? Hansı birimiz malik olduğu bu böyük ləyaqəti xatırlayır?

İNCİL Мatta 23,13-22

Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız. Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz. Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”. Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi? Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”. Ey korlar!Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis edən qurbangahmı? Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə and içir. Məbədə and içən kəs ona və içində Yaşayana and içir. Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir.

əڲ  

İsa fəriseyləri ikiüzlülükdə ittiham edərək onları şiddətlə danlayır. Onlar Allahın adından danışmaq haqqını mənimsəyərək xalqı öyrədirlər, lakin öyrətdiklərinin heç birinə özləri əməəl etmirlər. Üstəlik, daha pisi odur ki, onlar Allahın Kəlamından öz çirkin məqsədləri və şəxsi mənfəətləri üçün istifadə edirlər. Bütün bunların iyrənc olduğu üçün Rəbb onlara qəzəblənir. Allaha xidmət etmək əvəzinə, Allahdan “istifadə etmək” hər zaman son dərəcə nalayiq hərəkətdir, xüsusən də çirkin maraqlar zahiri dindarlıq və mistisizmlə ört-basdır edildikdə. Əgər belə bir şeyin həyatımızda olduğunu düşünürüksə, gəlin dərhal ondan qurtulmağa çalışaq: pak və qüsursuz din -  Allaha həqiqətdə səcdə etməkdir.

25 avqust 2025, 05:37