Liturgiya oxunuşları: 22 AVQUST. Əqdəs Mələkə Məryəm
Mübarək Məryəmin Göylərə Götürülməsi bayramından səkkiz gün sonra ə Onu Mələkə kimi izzətləndirir: "Məryəm Mələkədir, çünki O, Oğlunun həm yer üzündəki həyatına, həm də səmavi izzətinə bənzərsiz bir şəkildə şərikdir. Məryəm bu xidmət və məhəbbət padşahlığını necə həyata keçirir? O, bizə, Ona şəfaət üçün müraciət edən, Ona təşəkkür etmək istəyən, ağrı, kədər və ya həyat çətinliklərinə görə yolundan azıb Onun ana himayəsini və səmavi köməyini axtaran övladlarına nəzarət edir. Sakitlikdə və ya varlığın zülmətində biz Məryəmə üz tuturuq, özümüzü Onun daimi şəfaətinə tapşırırıq ki, O, dünya yollarında etdiyimiz zəvvarlığımız üçün lazım olan bütün lütf və mərhəməti Oğlundan bizim üçün əldə etsin. Biz, dünyanı idarə Edənə və kainatın taleyini əlində Saxlayana Məryəm vasitəsilə inamla müraciət edirik.” (Benedikt XVI, Ümumi Audiensiya, 22 avqust 2012).
BİRİNCİ OXUNUŞ Rut 1,1.3-6.14-16.22
Hakimlərin hökm etdiyi günlərdə ölkədə qıtlıq oldu. Elə bu vaxtlarda Yəhudanın Bet-Lexem şəhərindən bir kişi arvadı və iki oğlu ilə birgə müvəqqəti yaşamaq üçün Moav torpağına köçdü. Bir gün Naominin əri Elimelek öldü və o, iki oğlu ilə qaldı. Oğulları özlərinə Moav qadınlarından arvad aldı. Bu qadınların birinin adı Orpa, o birinin adı isə Rut idi. Onlar on ilə yaxın bu torpaqda yaşadı. Sonra Maxlon və Kilyon da öldü, Naomi həm oğulsuz, həm də ərsiz qaldı.Bir gün Naomi gəlinləri ilə Moav torpağından geri qayıtmaq üçün ayağa qalxdı. O, Moav torpağında eşitmişdi ki, Rəbb Öz xalqına nəzər salaraq onlara çörək vermişdir. Onlar yenə də bərkdən ağlaşdılar. Orpa qayınanasını öpüb vidalaşdı, Rut isə ona sarıldı. Naomi Ruta dedi: «Bax qaynın arvadı öz xalqının və allahlarının yanına qayıtdı, gəl sən də onun ardınca geri qayıt». Rut dedi: «Məcbur etmə ki, səni tərk edib səninlə getməyim. Bil ki, hara getsən, ora gedəcəyəm, harada qalsan, orada qalacağam; xalqın xalqım olacaq, Allahın Allahım. Beləliklə, Naomi Moav torpağından onunla birgə gələn gəlini Moavlı Rutla bərabər geri qayıtdı. Onlar Bet-Lexemə arpa biçini başlananda gəldilər.
əڲ
Rut moavlıdır, bu isə Bibliya zehniyyətinə görə, bütpərəst mənasını verir. Onun ərinin ölümündən sonra vətəninə və tanrılarına qayıtmaq hüququ var idi. Ancaq ərinin anasına olan bağlılığı ona o qədər hakim idi ki, Rut onunla eyni taleyə bağlı olduğunu hiss etdi. Allahın Ruhu dinindən asılı olmayaraq hər kəsin qəlbinə daxili salehlik və təqva hissi bəxş edir. İnsan vicdanının əmrlərinə qulaq asıb bütün qəlbi ilə başqaları üçün xeyir axtarmağa hazır olduqda, o zaman şüursuz olaraq həqiqi Allahı axtarır və gec-tez Onu tapır. Rut, məhəbbətinə görə, Allahın Xalqı olan və dünyanın bütün insanlarına açıq olan ənin obrazına çevrilir.
İNCİL Мatta 22, 34-40
Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar. Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu: «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. Bu, böyük və əsas əmrdir. Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».
əڲ
İncilin bu sözləri tez-tez ürəyimizdə səslənməlidir. Hər şeydən əvvəl ona görə ki, hərdən biz də, İsanın müasirləri kimi, məhəbbətin ali əmrinə məhəl qoymayaraq, Allah və digər insanlarla münasibətlərimizdə diqqəti ikinci dərəcəli qaydalara yönəldirik. Əgər biz Allahın Qanununu yerinə yetirməkdə qüsursuz olsaq da, nümunəvi məsihçi hesab edilsək də, Rəbbin Allahı və başqalarını özümüz kimi sevmək əmrinə əməl etməmişiksə, onda bütün bunların nə mənası var? Biz sadəcə olaraq vaxtımızı boşa sərf etmiş olarıq. Beləliklə, İncilin bütün digər nəsihətləri, ilk növbədə, ona xidmət edir ki, biz İsanın Öz dövrünün insanlarına və bütün gələcək nəsillərə verdiyi əmrləri yaxşı yerinə yetirə bilək.