Liturgiya oxunuşları: 2 AVQUST. Adi Dövrün XVII həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ Lev 25,1.8-17
Rəbb Sina dağında Musaya belə söylədi: Özün üçün yeddi dinclik ili – yeddi dəfə yeddi il say. Yeddi dinclik ilinin müddəti qırx doqquz ildir. Sonra yeddinci ayın onu – Kəffarə günü bütün ölkənizdə yüksək səslə şeypur çaldırmaqla əllinci ili təqdis edin və ölkənin bütün sakinləri üçün azadlıq elan edin. Bu il sizin üçün Azadlıq ili olsun; hamı öz mülkünə, öz ailəsinə qayıtsın. Qoy əllinci il sizin üçün Azadlıq ili olsun. O il heç nə əkməyin, düşən toxumdan bitən məhsulu biçməyin, budanmamış meynələrinizdən yığmayın, çünki bu Azadlıq ili sizin üçün müqəddəs olsun. Tarlalarınızın verdiyi məhsulu yeyin. Bu Azadlıq ilində hər kəs öz mülkünə qayıtsın. Kim torpaq sahəsini başqa adama satarsa, ondan alan soydaşına haqsızlıq etməsin. Alan şəxs Azadlıq ilindən neçə il keçməsinə görə qiymətləndirib alsın. Satan isə məhsul götürəcəyi illərə münasib olaraq satsın. İllərin sayı çoxdursa, qiyməti qaldır, azdırsa, onu endir, çünki o sənə satılan məhsulların miqdarıdır. Bir-birinizə qarşı haqsızlıq etməyin, amma Allahınızdan qorxun, çünki Allahınız Rəbb Mənəm.
əڲ
Levililər Kitabında olan bu hissə Yubileyin mahiyyətini başa düşmək üçün xüsusi əhəmiyyət kəsb edir, xüsusən bu il, biz Yubileyi bütün ədə qeyd etdiyimiz zaman. Yubiley yəhudi xalqının tarixində mühüm məqamdır. Onun böyük dini və sosial təsiri var: Allah üçün vacibdir ki, hər kəs ədaləti həyata keçirə bilsin və bu, konkret və aydın şəkildə müəyyən edilmiş qaydaları inkişaf etdirmək deməkdir. Başqalarına qarşı ədalət hisslər və şəxsi istəklərlə tənzimlənə bilməz. Ona görə də Yubiley, ən azı ilkin tərtibatında, hər kəsin özünə məxsus olana qayıtdığı, sosial bərabərsizliyi aradan qaldırıldığı bir il olmalıdır. Bizim üçün yubileyin həm də mənəvi əhəmiyyəti var: bu, xüsusi lütf dövrüdür, Allaha hələ vermədiklərimizi: diqqətimizi və sevgimizi qaytarmaq zamanıdır.
İNCİL Matta 14,1-12
O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi. Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır». Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı. Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi. O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək. Qız isə anasının təhriki ilə dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver». adşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər. Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu. Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı. 12 Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər.
əڲ
Ehtiraslarla dolu həyat bizi özümüzə qul edir. Padşah Hirod bunu yaşadı. Vəftizçinin sözlərinin müqəddəsliyindən xəbərdar olsa da və bu sözlərdən bir qədər təsirlənsə də, Hirod qeyri-sağlam eyforiya anında dodaqlarından çıxan axmaq vədini yerinə yetirməkdən imtina edə bilmədi. Təəssüf ki, dediyimizə fikir vermədən danışanda bunlar bizim də başımmıza gəlir. Dil üzərində nəzarət insan və xristian yetkinliyinin əlamətidir. Sözdən təyinatı üzrə, yəni Allahın bir hədiyyəsi kimi istifadə etməyi öyrənmək üçün dua, diqqət və daimi, davamlı səylər lazımdır.