Liturgiya oxunuşları: 9 İYUL. Adi Dövrün XIV həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ Yar 41, 55-57;42,5-7.17-24a
Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün firona fəryad etdi. Firon bütün Misirlilərə dedi: «Yusifin yanına gedin, onun dediyini edin». Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi. Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifin yanına gəlirdilər, çünki bütün yer üzündə şiddətli aclıq idi. Taxıl almağa gələnlər arasında İsrailin oğulları da var idi, çünki Kənan torpağında da aclıq hökm sürürdü. Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər. Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?» Onlar dedilər: «Ərzaq almaq üçün Kənan torpağından gəlirik». Yusif üç gün onları zindanda saxladı. Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan qorxuram. Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın. Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız». Qardaşlar belə də etdilər. Onlar bir-birlərinə dedilər: «Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi». Ruven onlara belə cavab verdi: «Mən demədimmi uşağa pislik etməyin, lakin siz mənə qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik». Qardaşları Yusifin onları başa düşdüyünü bilmirdilər, çünki onlar tərcüməçi vasitəsilə danışırdılar. Yusif onların yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi. Aralarından Şimeonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı.
əڲ
Yusifin hekayəsində dramatik və həqiqətən təsir edici məqamlar var. Bugünkü hissə Allahın planlarının sirli olduğunu və bizə tamamilə naməlum yollarla və bilinməyən zamanda həyata keçirildiyini öyrədir. Haqsızlıq və ya həqiqi zülm kimi görünə bilən şeylər, Allahın məntiqi ilə böyük qurtuluşa səbəb ola bilər. Bu arada Yusif özünü həqiqətən də böyük insan kimi göstərir: qardaşlarının ona etdiklərinə baxmayaraq, onun qisas almaq arzusu yoxdur. Üstəlik, onun qəlbi mərhəmətlidir. Ona görə də yaxınlarının dərdini görüb ürəyi şəfqətdən titrəyir, o ağlayır. Başqalarının əzablarına və kədərinə şərik olmaqla, biz İncilin doğru yolunda olacağıq.
İNCİL Matta 9,32-38
İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3 Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin.
əڲ
On iki Həvari Rəbb İsanın əsinin mövcudluğu və missiyası ilə bağlı iradəsinə ən bariz şəhadətdir. Bu, Məsih və ə arasında heç bir ziddiyyətin olmadığına zəmanətdir: əni təşkil edən insanların günahlarına baxmayaraq, Məsihlə ə ayrılmazdırlar. Buna görə də, İsanın iman üçün kifayət olması və əyə ehtiyac olmaması fikirləri Məsihin Özünün niyyəti ilə uyğun gəlmir. Belə bir din sadəcə xülyadır. Cism almış Allahın Oğlu ilə Onun əsi arasında dərin, qırılmaz və sirli bir davamlılıq var ki, Məsih bu gün Öz xalqı arasında onun qüdrəti ilə mövcuddur. O, bizə görə həmişə müasirdir. O, həvarilərin bünövrəsi üzərində qurulmuş ədə həmişə müasirdir. O, həvari varisliyində yaşayır. Məhz Onun Özünü bizə bəxş icmada var olması səmimi sevincimizin səbəbidir. Bəli, Məsih bizimlədir, Allahın Padşahlığı gəlməkdədir.