MAP

2023.11.13 Risurrezione della figlia di Giairo

Liturgiya oxunuşları: 7 İYUL. Adi Dövrün XIV həftəsinin bazar ertəsi

“Bu İncil oxunuşu iman ilə İsanın hər kəsə təklif etmək üçün gəldiyi yeni həyat mövzularını birləşdirir. Ölən qızın evinə girərək İsa deyir: “Qız ölməyib, yatıb”. İsa Rəbbdir və Onun üçün fiziki ölüm yuxuya bənzəyir: ümidsizliyə heç bir səbəb yoxdur. Qorxulmalı olan ölüm tamam başqa bir halda gizlənib: bu, şərdən qəddarşalmış ürəyin ölümüdür. Qorxmalı olduğumuz ölüm budur” (Papa Fransisk, Rəbbin Mələyi 01.07.2018).

BİRİNCİ OXUNUŞ Yar 28,10-22

Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi. Bir yerə çatıb orada gecələdi, çünki günəş batmışdı. O torpaqdan bir daş götürüb başının altına qoydu və orada yatdı. O, yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri onunla çıxıb-düşürdülər. Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm. Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq. Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm». Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim». Sonra qorxub dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır». Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə zeytun yağı tökdü. O yerin adını Bet-El qoydu, ancaq əvvəlcə şəhərin adı Luz idi. Yaqub əhd edib dedi: «Əgər Allah mənimlə olsa, getdiyim bu yolda məni qorusa, mənə yemək üçün çörək və geymək üçün paltar versə, sağ-salamat atamın evinə dönsəm, o zaman Rəbb mənə Allah olacaq. Sütun kimi qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm».

əڲ

Allah verdiyi vədləri çox vaxt tamamilə gözlənilməz vəziyyətlərdə yerinə yetirir. Yaqub aldadıb atasının xeyir-duasından məhrum etdiyi qardaşının qəzəbindən qaçır. O, qaçaq, oğru və yalançı adamdır, lakin hələ də bilməsə də, Allahın onun üçün xilas niyyəti var. Gecə görüntüsündə Yaquba Allahın bir-birinə zidd görünən iki xüsusiyyətini tanımaq imkanı verilir. Bir tərəfdən o, Allahın ona yaxın, demək olar ki, yanında olduğunu kəşf edir: “Bax, Mən səninləyəm və getdiyin yerdə səni qoruyacağam”. Allah onu həyat yolunda, sevincində də, kədərində də müşayiət edir. Lakin, digər tərəfdən, Allah da tamamilə Başqadır: insanlara Onu öz gözləri ilə görmək imkanı verilmir.

İNCİL Matta 9, 18-26

Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. Bu xəbər o torpağın hər tərəfinə yayıldı.

əڲ  

Bu günkü İncil öz imanı və cəsarəti ilə seçilən qadını təqdim edir. Onun İsa tərəfindən xilas olmaq arzusu o qədər böyükdür ki, bu, onu Musanın Qanununun qaydalarından kənara çıxarır. Bu bədbəxt qadın əslində uzun illər nəinki xəstədir, həm də qanaxma səbəbindən murdar sayılır. Buna görə də o, ibadətlərdən, evlilik həyatından və yaxınları ilə normal münasibətlərdən kənarda qalır. Bu qadın cəmiyyət tərəfindən rədd edilib. Onun ruh halını başa düşmək üçün bunu nəzərə almaq vacibdir: o, hiss edir ki, İsa onu xəstəliyindən və illərlə qaldığı rədd və ləyaqətsizlik halından azad edə bilər. Bir sözlə, o, Rəbbin onu xilas edə biləcəyini hiss edir. İsa hamının qaçdığı bu qadının imanına heyran qalır və onun ümidini xilasa çevirir. İncildə onun İsa ilə görüşünü təsvir edən bir neçə sətir hər bir insanın həqiqətini və ləyaqətinin əzəmətini bərpa edə biləcək iman yolunu göstərir. Məsihlə qarşılaşmada bütün dövrlərdəki insanlar üçün azadlıq və qurtuluş yolu açılır. İsa öz mərhəmət əməlləri ilə əyə hər bir insanla görüşmək yollarını göstərir ki, hər kəs şəfa tapa bilsin və Allahın övladı kimi öz ləyaqətini bərpa edə bilsin.

06 iyul 2025, 19:35