MAP

2019.04.27 Thomas acknowledging Jesus as Lord and God

Liturgiya oxunuşları: 3 İYUL. Müqəddəs həvari Tomas

“Tomasın inamsızlığı müəyyən mənada əlavə bir dəlil oldu. O, Rəbbin Dirilməsi xəbərinə müqavimət göstərməklə dolayı yolla bu xəbərin daha da inandırıcı olmasına yardım etmiş oldu. İnanmayan Tomas, müəyyən mənada, Dirilməyə əminliyin yeganə ifadəçisi oldu. Böyük Müqəddəs Qriqorinin dediyi kimi, Tomasın inamsızlığı bizə iman baxımından digər şagirdlərin imanından daha çox fayda gətirdi” (müq. II İoann Pavel, Səmavi Mələkə 22.04.1979).

BİRİNCİ OXUNUŞ Ef 2,19-22

Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.

əڲ

Tarix və incəsənət baxımından zəngin olan böyük qədim kilsərəndə olanda, biz onlara heyran oluruq. Lakin bütün gözəlliklərinə və cazibəsinə baxmayaraq, həmin məbədlər başqa bir “quruluşun” işarəsidir - hər birimizin canlı daşı olduğu ənin. Hər hansı bir bina kimi, ə də möhkəm təməl üzərində dayanır: Məsihə iman, həvarilərin və onların davamçılarının şəhadətləri. İki min ildən artıqdır ki, tarix boyu axan və dünyaya Müjdəni çatdıran lütf axınının bir hissəsi olduğumuzu dərk etmək necə də gözəldir! Biz həvarilərin şagirdləriyik, onların ədə səslənməyə davam edən müjdəni eşitmişik. Biz Həvari Tomasın liturgiya bayramını sevinc və minnətdarlıqla qeyd edirik, çünki həm də onun sayəsində biz Allahın Oğlu və Xilaskar İsa Məsihə iman etmişik.

İNCİL Yəhya 20,24-29

On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi. O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram». Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi. Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»

əڲ  

Tomas digər həvarilərin ona dediklərini özü görməlidir. O, kimsədən eşitməklə kifayətlənməyənlərdəndir: o, İsa Məsihin yaralarına toxunmaq istəyir. Bununla belə, Rəbb hər birimizə Tomasa göstərdiklərindən qat-qat daha “toxunabiləcək” sübutlar göndərir: Onun varlığı gözlənilməz bir hadisədə, bizim və başqaları üçün xeyir-duaya çevrilən görüşdə görünür. Problem daha çox özümüzdədir: Allahın həyatımızın silsilə hadisələrində necə hərəkət etdiyini görmək üçün hər şeyə saf nəzərlə baxmaq lazımdır. Bu qabiliyyəti əldə etməyin yolu -  daima Allahın hüzurunda olmağa, Rəbbə şükür etməyə çalışmaqdır. Beləliklə, Allah Özünü həyatımızda aşkar edəndə Allahın heç bir işi bizim diqqətimizdən qaçmayacaq.

03 iyul 2025, 12:11