Liturgiya oxunuşları: 29 İYUL. Müq. Marta, Məryəm və Lazar
BİRİNCİ OXUNUŞ 1 Yəhya 4,7-16
Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. 8 Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir. Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. 10 Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək. Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur. Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib. Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi. Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır. Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq.
əڲ
Allahla ilk tanışlıq ağıl vasitəsilə baş verə bilər. Həqiqətən də ətraf aləmə idrak gözü ilə baxanda Allahın var olduğunu dərk etmək olar. Lakin bu kifayət deyil, çünki Rəbb yalnız şəxsi görüş vasitəsilə tanınır, ona görə də tək ağıl kifayət ola bilməz. Müqəddəs Yəhya öz məktubunda Allahın məhəbbət olduğunu açıq şəkildə bildirir. Allahı biz yalnız məhəbbət vasitəsilə tanıya bilərik, Onun bizimlə görüşdürdüyü insanları sevməklə. Bu, iki əsas ilahi əmrin dərin açıqlamasıdır: ən birincisi - Allahı sevmək, çünki O, məhəbbətin özüdür; ikincisi isə qonşunu sevmək. Birinciyə çatmaq üçün biz ikincinin pillələri ilə yüksəlməliyik: qonşumuza məhəbbət vasitəsilə biz məhəbbət olan Allahı tanıyırıq. Məsih Özü bizə həqiqi, ideal məhəbbət nümunəsini verdi. Onda biz Allahın sonsuz, qeyd-şərtsiz, mərhəmətli məhəbbətini seyr edə bilərik. Onun göstərişlərinə əməl etməklə biz addım-addım Allahın məhəbbət kainatına, Allahı tanımaq zirvəsinə çatırıq.
İNCİL Luka 10,38-42
İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı. 40 Marta isə işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin». Rəbb isə ona belə cavab verdi: «Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq».
əڲ
Müqəddəs Müjdəçi Lukadan olan bu hissə, Rəbbin Lazar və onun bacılarının evində qonaq olmasını təsvir edilir. İki bacı İsanı fərqli şəkildə evlərində qəbul edir. Marta dərhal yaxşı yemək hazırlama, qonaqpərvərlik göstərməyə başlayır ki, İsanı layiqincə qəbul edə bilsin. Marta bu qayğıları ilə Rəbbə olan bütün məhəbbətini göstərmək istəyir. Məryəm, əksinə, yalnız İsanın sözünü dinləməklə məşğuldur. Bu iki yanaşma bir-birinə zidd olan kimi başa düşülməməlidir; əksinə, onlar olduqca asanlıqla Müqəddəs Messasa iştirak edənlər üçün vahid bir tələbdə birləşdirilə bilər. İsanı Yevxaristiyada layiqincə qəbul etmək üçün biz ilk növbədə ürəyimizi təmizləməliyik. Buna görə də, lazım gəldikdə, Tövbə Ayininə müraciət etmə tələb olunur və bu halda biz Martanın bənzəri oluruq. İsanın xilas sözünü diqqətlə dinləməklə Onun ilə mənəvi, daxili birliyi gücləndirmək vacibdir: bu yolla biz Məryəmi təqlid edirik və bu, bizdən alınmaz olan “yaxşı hissədir”.