MAP

bambina in preghiera, bambina che prega, strage, massacro di Orissa, India

Liturgiya oxunuşları: 27 İYUL. Adi Dövrün XVII RƏBB GÜNÜ

“Allahın Padşahlığı hamıya təklif olunur: o, ənamdır, hədiyyədir, lütfdür, lakin onu gümüş nimçədə təqdim etmirlər. Onu tapmaq üçün axtarmaq, getmək, qollarını çırmalayıb hərəkət etmək lazımdır. Axtarış Səmavi Padşahlığı əldə etməyin əsas şərtidir. Ürək bu xəzinəni, yəni İsada təcəssüm olunmuş Allahın Padşahlığını tapmaq arzusu ilə yanmalıdır” (Fransisk, Rəbbin Mələyi 30.07.2017).

BİRİNCİ OXUNUŞ Yar 18,20-32

Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim». O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu. İbrahim yaxın gəlib dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən? Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz». Rəbb dedi: «Əgər Sodom şəhərində əlli nəfər saleh adam tapsam, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm». İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm: əlli nəfərdən beş nəfər az saleh adam tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?» Rəbb dedi: «Əgər orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam».

əڲ

Dua etmək və başqaları üçün şəfaət etmək Allahla üz-üzə gəlmək deməkdir. Və bu, Onu ən yaxşı dostumuz kimi tanımaq deməkdir. Biz Allahdan yad adamlardan soruşmağa cəsarət edə bilməyəcəyimiz şeyləri diləyə bilərik. Bu, Allahın həqiqi dostu olan İbrahimin münasibətidir. Biz də Allahla dostluğumuzu o dərəcəyə çatdıra bilərik ki, Ondan dilədiklərimizi İbrahim kimi cəsarətlə diləyə bilək. Bunun üçün Allahın bizim dualarımı dinləməkdən daha vacib işlərinin olduğu düşüncəsindən əl çəkməliyik. Onun dualarımızı, hətta ən yöndəmsiz dualarımızı belə diqqətlə dinlədiyini görsəydik, həqiqətən də heyrətlənərdik.

İKİNCİ OXUNUŞ Kol 2,12-14

Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz. Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.

əڲ

Heç kim bizi günahlarımızdan xilas edə bilməzdi, çünki günah bizə qarşı silinməz hərflərlə yazılmış ittiham hökmü kimi idi. Həvari Paulun sözlərinə görə, hətta bizim yaxşı əməllərimiz və ya Qanuna mükəmməl riayət etməyimiz də bu həqiqət sənədini silə və ya məhv edə bilməzdi. Ancaq Allah İsada bu hökmü Çarmıxa çəkdi. Bu o deməkdir ki, biz Məsihdə azadıq, yeni yaradılışlarıq və artıq şər qanununa tabe deyilik. İndi biz hər gün hansı həyat tərzini seçmək istədiyimizə qərar verməliyik.

İNCİL Luka 11,1-13

İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət».  İsa onlara dedi: «Dua edəndə belə deyin: Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin. Göydə olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə hər gün ver. Bizə borclu olan hər adamı bağışladığımıza görə bizim günahlarımızı da bağışla. Bizi sınağa çəkmə». Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver, çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”. Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”. Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək. Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər? Yaxud yumurta diləsə, ona əqrəb verər? Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!»

əڲ  

Dua yalnız Allahı Onun övladları kimi inamla çağırdıqda doğru olur. Biz Onu Ata adlandırdığımız zaman O, ürəyini açır və istədiyimiz hər şeyi bizə verir. Bu adı ürəklə və həyatla tələffüz etmək, heç kimin edə bilmədiyi şeylərə cəsarət etmək deməkdir: Ona, sevimli valideynə kimi müraciət edərək, Onunla etibarlı yaxınlığa girmək. Səmavi Atamız övladları Onun Oğlunun adı ilə bir şey istəyəndə böyük sevinc hissi keçirir; O Özü bizim istəklərimizi yerinə yetirməyə çalışır, hətta bizdən daha çox. Rəbb İsa bu gün bizi daha böyük güclə xahiş etməyə, daha çox əzmlə axtarmağa, daha böyük inamla qapını döyməyə çağırır.

26 iyul 2025, 11:04