MAP

2020.07:23 san gioacchino e anna

Liturgiya oxunuşları: 26 İYUL. Müq. Yoahim və Hanna

“Bu gün ə Müqəddəs Məryəmin valideynlərini, İsanın nənəsi və babası - müqəddəs Yoahim və Hannanın xatirəsini qeyd edir. Özü ilə günahsız döllənmənin qeyri-adi sirrini gətirdi Məryəm məhz onların evində doğuldu; onların evində Məryəm sevgi və imanla əhatə olunaraq böyüdü; onların evində Rəbbi dinləməyi və Onun iradəsinə tabe olmağı öyrəndi. İmanın ötürülməsində ailənin rolu həqiqətən əvəzsizdir!” (Papa Fransisk, Rəbbin Mələyi 26.07.2013).

BİRİNCİ OXUNUŞ Sirax 44,1.10-14

İndi gəlin şan-şöhrətli kişiləri mədh edək, nəsil ardıcılığı ilə əcdadlarımızı tərifləyək. Onlar şəfqət sahibi olmuşlar ki, saleh əməlləri yaddan çıxmamışdır. Nəsillərinə bu ad qalmaqdadır, gözəl mirasları övladlarıdır. Onların nəsli həmişə Rəbbin əhdinə sadiq qalmışdır, onların sayəsində övladları da bu yoldadır. Nəsilləri əbədi olaraq qalacaq, izzətləri silinib itməyəcək. Bədənləri sülh içində uyuyur, adları nəsillər boyu yaşayacaq. Xalqlar onların müdrikliyindən danışacaq, camaat təriflərini bəyan edəcək.

əڲ

İsrailin adət-ənənələri, imanlarının bütün gücü ilə Məsihi gözləyən çoxlu müdrik və saleh insanları özündə ehtiva edir. Onların arasında peyğəmbərlər, padşahlar və kahinlər, xalqın qadınları, adi insanlar və hətta bütpərəstlər də var ki, onlar Allahın Oğlunun yaxınlaşan gəlişini dövrün əlamətlərində dərk edə biliblər. Mübarək Məryəmin valideynləri Yoahim və Hanna da zadəganlığa deyil, iman nəcibliyinə əsaslanan nəsildəndirlər. Bu müqəddəs ağsaqqallara nə qədər minnətdarıq! Məryəmə ilk dəfə imanla yaşamağın nə demək olduğunu öyrədən onlar idi: onların qızı uşaqlıqdan bilirdi ki, Allah ilə, imanın qəlbdə açdığı məhz o sonsuz məkanda qarşılaşmaq olar.  

İNCİL Matta 13,16-17

Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir! Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər.

əڲ  

Şübhəsiz ki, həvarilər və İsanın bu sözlərini dinləyənlər onların mənasını tam başa düşmürdülər. Axı Xilaskar deyir ki, Məsihin gəlişi üçün bütün varlığı ilə dua edən peyğəmbərlərin və İsrail xalqının bütün salehlərinin İsaya şahid olanların gördüklərini görmək və eşitdiklərini eşitmək imkanları yox idi. Onlardan çox-çox əvvəl kimsə dua etmiş və ümid etmiş, həyatlarını bir gün üfüqdə görünəcək yeni bir işıq üçün intizar və möhkəm ümidlə keçirmişdi. Müqəddəs Yoahim və Hannanın gözləntiləri yerinə yetirildi və onlar vəd edilmiş Məsihin gəlişini səbirsizliklə gözləyənlərin hamısının taleyinin qızlarının həyatında necə yerinə yetirildiyini gördülər.

25 iyul 2025, 14:12