MAP

2024.11.16 Parabola seminatore

Liturgiya oxunuşları: 24 İYUL. Adi Dövrün XVI həftəsinin cümə axşamı

"Hər bir məsəl gündəlik həyatdan bir hekayə danışır, eyni zamanda daha dərin mənaya işarə edir. Məsəl bizdə suallar doğurur və bizi səthi şeylər üzərində dayanmamağa çağırır. Söylənən bir hekayə və ya təqdim olunan bir görüntü ilə qarşılaşdıqda, gəlin özümüzdən soruşaq: biz bu hekayədə haradayıq? Bu təsvir bizim həyatımız haqqında nə deyir?" (XIV Leo, Ümumi Audiensiya 21.05.2025).

BİRİNCİ OXUNUŞ Çıx 19,1-2.9-11.16-20b

İsrail övladları Misir torpağından çıxdıqdan sonra üçüncü ayda – yeni ay günü Sina səhrasına gəldilər. Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar. Rəbb Musaya dedi: «Budur, Mən sənin yanına qatı buludda gəlirəm, qoy xalq səninlə danışdığımı eşidib sənə daim inansın». Musa xalqın sözlərini Rəbbə çatdırdı. Rəbb Musaya dedi: «Xalqın yanına get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar. Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək. Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi. Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular. Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi. Şeypur səsi get-gedə ucalırdı. Musa danışırdı və Allah ona səslə cavab verirdi. Rəbb Sina dağı üzərinə, dağın başına endi və Musanı dağın başına çağırdı. Musa oraya qalxdı.

əڲ

Misir əsarətindən qurtulduqdan sonra İsrail xalqı öz tarixində Allahın yaxınlığa işarə edən başqa bir qeyri-adi hadisə yaşayır: Allah Öz xalqı ilə görüşür və Musa vasitəsilə onunla danışır. Xalq Allahla üz-üzə olmaq üçün heyrətamiz bir fürsət əldə edir.  Uca Yaradan insanla dialoq axtarır və insan öz həyatının dolğunluğunu belə dialoqda tapır. Bu dialoq əsrlər boyu enişli-yoxuşlu, kulminasiya anına – İsanın təcəssümünə qədər davam edəcək. Isada bəşəri və İlahi olan ideal təmas nöqtəsi tapır və Allah ilə insan arasındakı dialoq ən dərin ölçüyə çatır. Bu andan etibarən Ata Allahla dialoqumuz Oğulun vasitəçiliyi olmadan baş tuta bilməz.

İNCİL Matta 13,10-17

Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?» O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”. Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Çünki bu xalqın ürəyi kütləşdi, qulaqları ağır eşitdi, gözlərini yumdular ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim”. Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir! Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər.

əڲ  

Məsəl - qəsdən şişirdilmiş və ya xarakterik elementlərə əsaslanaraq, böyük bir həqiqəti çatdırmaq istədikdə epizodları və hekayələri nəql etmək üçün tipik şərq üsuludur. Məsəllərlə danışan Müəllimin məqsədi hər bir dinləyicinin hekayənin sonunda şəxsi cavab verməsini təmin etməkdir. Buna görə də İncildə İsanın o qədər çox hekayəsi var ki, onların sonu deyil. Səbəb məhz budur: Allahın tərəfində və ya ona qarşı olmağımıza qərar verərək, bu sonluğu hərəkətlərimizlə “yazmalıyıq”.

23 iyul 2025, 13:39