Liturgiya oxunuşları: 23 İYUL. Müq. Brigitta, rahibə
BİRİNCİ OXUNUŞ Qal 2,19-20
Çünki mən Qanun vasitəsilə Qanuna münasibətdə öldüm ki, Allah üçün yaşayım. Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
əڲ
Çoxları əmindir ki, dünya qayğıları müqəddəsləşməyə mane olur. Bununla belə, Həvari Paul bunun əksini iddia edir: həyat, bütün problemləri və çətinlikləri ilə Allahın Oğluna imanla yaşanmalıdır. İsveçli Brigitta məhz bunu etdi. Çətin şəraitdə yaşayaraq və yer üzündəki maneələrə baxmayaraq Məsihin məhəbbət qanununu onda tam bərqərar olmuşdur. Məhz maneələr bizi daha çox səy göstərməyə sövq etməlidir: Brigitta başa düşdü ki, çarmıx bizi məhəbbətinə görə Özünü tamamilə bizim üçün fəda edən Allaha bənzədəcək.
İNCİL Yəhya 15,1-8
Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar. Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək. Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.
əڲ
Krallar və papalarla danışmaq, bəzən onlara Allahın sərt Kəlamını çatdırmaq nə qədər cəsarət tələb edir! Brigitta məhz belə etdi: orta əsrlərin qadını öz dövrünün böyük adamları ilə İsa Məsihin Özü adından danışmaqdan çəkinmir, vəzifəsini yerinə yetirməkdən boyun qaçıranları pisləyir və məzəmmət edirdi. Biz hətta öz imanımızı ailəmizlə və ya iş yerində bölüşməkdə çətinlik çəkirik, ona görə də Brigittanın nümunəsi əlçatmaz görünür. Bugünkü İncil öyrədir ki, əgər biz Məsihə bir budaq kimi bağlansaq, Onun üçün edə bilməyəcəyimiz heç bir şey qalmayacaq. Biz Onun şahidi olmaq üçün bizə cəsarət verən Onun həyat verən Müqəddəs Ruhu ilə dolacayıq.