MAP

2019.07..11 statua di San Benedetto da Norcia, patrono d'Europa

Liturgiya oxunuşları:11 İYUL. Müqəddəs Benediktin xatirəsi günü

“Peterin bir növ sövdələşmə zamanı “hesabın təqdimatı” kimi səslənə biləcək “Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?” sualına İsa belə cavab verir: “Hər şeyi tərk edib hər şeyə nail olmayacaq adam yoxdur”. Allah üçün heç bir yarım ölçü yoxdur: “Budur, biz hər şeyi tərk etdik" - "Hər şeyi alacaqsınız." Allah Öz nemətlərini səxavətlə bəxş edir “ (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 28.02.2017).

BİRİNCİ OXUNUŞ Məs 2, 1-9

Oğlum, əgər sözlərimi qəbul etsən, əmrlərimi qorusan, qulağını hikmətə tərəf çevirsən, ürəyini dərrakəyə tərəf meyl etdirsən, sən, həqiqətən, idrakı çağırsan, səs ucaldıb dərrakəni səsləsən, bunları gümüş kimi axtarsan, gizli xəzinə kimi arasan, onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan. Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır. O, əməlisalehlərin sağlam şüurunu qoruyur, kamalla gəzənlərə sipər olur. O, ədalətin yollarını qoruyur, möminlərin yollarını hifz edir. Onda salehlik və ədaləti dərk edərsən, insafı, bütün yaxşı yolları tanıyarsan. Hikmət qəlbinə dolar.

əڲ

Müqəddəs Yazıların kəlamlarında ağıl və ehtiyatlılıq arasında aydın bir əlaqə var. Kamal olmadan (bu, ehtiyatlılığın xüsusi təzahürüdür) ən iti ağıl belə azıb Allahdan uzaqlaşa bilər. Bu, Müqəddəs Benediktin Nizamnaməsi vasitəsilə çatdırdşığı həqiqətlərdir və onun bütün Avropaya yayılmasına səbəb olan da budur. Müqəddəsliyə can atarkən fövqəladə qəhrəmanlıqlar göstərməyə ehtiyac yoxdur: həqiqətən vacib olan yaxşılıq etmək və fəzilət yolunda, ruhani həyatda hər cür yüksəlişin anası olan kamalda sabit olmaqdır. Yaxşılıq yolunda ehtiyatlı və fəal olmaq: Müqəddəs Benediktin həyatı və rahib təcrübəsinin öyrətdiyi budur. Biz də bu qaydalara bir az zəhmət və xoş niyyətlə riayət edə bilərik.

İNCİL Matta 19, 27-29

Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?» İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər Oğlu izzətli taxtına oturanda Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız. Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq. Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq.

əڲ  

Peter İsanı əmin edir ki, o və yoldaşları Onun ardınca getmək üçün hər şeyi tərk ediblər. Və həvari onların mükafatının nə olacağını bilmək istəyir. İsa həvarinin diqqətini başqa istiqamətə yönəldərək cavab verir: Padşahlıq mirası çoxlu qardaşlar, bacılar, analar, atalara sahib olmaq, həm də təqib və çarmıx deməkdir. İsanın Onun ardınca getmək üçün tələb etdiyi fədakarlıq Onun bizə verdiyi məhəbbət və xilasın fədakarlığına cavabdır. İnsan İsanın ardınca dünya ilə, yoxsulluq və var-dövlətlə getmək istəyəndə, nəticədə maddi qazanc axtaran yarımçıq xristianlıq alınır: bu dünyanın ruhudur. Üç şey insanı İsadan uzaqlaşdırır: var-dövlət, şöhrətpərəstlik və təkəbbür. Sərvət təhlükəlidir, çünki dağıdıcı şöhrətpərəstliyə aparır. Həm İsanın, həm də dünya malının ardınca getmək istəyən bir xristian görmək məyusedicidir. Bu, əks-şəhadətdir və insanları İsadan uzaqlaşdırır.

11 iyul 2025, 12:46