MAP

2024.07.31 Sant'Alfonso Maria de' Liguori, Chiesa dei Padri Redentoristi a Roma

Liturgiya oxunuşları: 1 AVQUST. Müq. Alfons Maria de Liquori

“Allah cism oldu: təvazökar, mülayim, gizli olaraq O, bizə yaxın olur, gündəlik həyatımızda yanımızda dayanır. Və biz də, Məsihin həmvətənləri kimi, O, yanımızdan keçəndə Onu tanımaya bilərik” (Papa Fransisk, Rəbbin Mələyi 04.07.2021).

BİRİNCİ OXUNUŞ Lev 23, 1.4-11.15-16.27.34b-37

Rəbb Musaya dedi: Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin. Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır. Həmin ayın on beşi Rəbbin Mayasız Çörək bayramıdır. Yeddi gün mayasız çörək yeyin.Birinci gün müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin. Bu yeddi gün ərzində Rəbb üçün yandırma təqdimi gətirin. Yeddinci gün isə müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin”». Rəbb Musaya belə dedi: «İsrail övladlarına de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin. O, dərzi Rəbbin hüzurunda yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin. Şənbənin ertəsi günü olan yellədilən dərzi gətirdiyiniz gündən tam yeddi həftə, yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin. «İsrail övladlarına de: “Yeddinci ayın onu isə Kəffarə günüdür, müqəddəs toplantınız olsun; özünüzü hər şeydən məhrum edin və Rəbb üçün yandırma təqdimi gətirin. «İsrail övladlarına söylə: “Həmin yeddinci ayın on beşinci günündən Rəbb üçün yeddi gün Çardaqlar bayramını keçirin. Birinci gün müqəddəs toplantı günüdür. Gündəlik işlərinizi görməyin. Bu yeddi gün ərzində Rəbbə yandırma təqdimləri gətirin. Səkkizinci gün isə müqəddəs toplantınız olsun və Rəbbə yandırma təqdimləri gətirin. Bu gün təntənəli toplantı günüdür, gündəlik işlərinizi görməyin. Bunlar Rəbbin təyin etdiyi bayramlardır: bu zaman müqəddəs toplantı çağırıb hər birini öz günündə olmaqla yandırma təqdimlərini – yandırma qurbanlarını, taxıl təqdimlərini, ünsiyyət qurbanlarını və içmə təqdimlərini Rəbbə gətirin.

əڲ

İsraillilərdən qeyd  olunması tələb olunan bayramlar və bu bayramlarda gətirilməli olan qurbanlar haqqında Rəbbin Musaya nə qədər dəqiq danışdığını gördünüz? Bütün bunlar bizə həddindən artıq görünə bilər, amma əslində Allah ayinlərin, liturgiyanın və icma duasının böyük dəyərə malik olduğunu, imanı sırf şəxsi hisslər çərçivəsindən kənara çıxardığını açıqlayır. Birgə ibadət və imanlı həyat, öz icma mahiyyətinə görə müəyyən vaxtlarda və müəyyən üsullarla baş verən hadisədir. Uca Yaradanla münasibətimizi təkcə istək və hisslərimizlə müəyyən etmək olmaz. Bayramların və liturgiya hadisələrin dəyişməsi bizə bütün kilsə icması ilə birlikdə iman və sevgidə böyüməyi öyrədir.

İNCİL Matta 13,54-58

Öz yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüdrət haradandır? Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi? Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?» Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar». İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.

əڲ

İlk baxışdan, əgər insan İsanı tanıyırsa, şübhəsiz ki, Onun ilahiliyini qəbul etməlidir. Amma reallıq bəzən tamam başqa olur. Öz vətənində İsa hədsiz soyuqluq və inamsızlıqla qarşılanır: onlar Onu və Onun ailəsini tanıyırlar, ona görə də Məsihin onların həmyerlisi ola bilməyəcəyinə qərar verdilər. Beləliklə, Müqəddəs Yazıları düzgün başa düşmədiklərinə görə, onlar dərindən yanılır və Rəbbin xilasedici mesajını qəbul etmirlər. Allahla münasibətimizdə heç nəyi adi hal kimi qəbul etməməliyik. Bəzən Onun haqqında statik biliklər bizim üçün tələyə çevrilir və Müqəddəs Ruhun yeniliyinə açılmağımıza mane olur. Buna görə də gəlin diqqətli olmağa və lütfün heyrətamiz ilhamlarına həmişə açıq olmağa çalışaq.

31 iyul 2025, 19:24