İsrail qüvvələri Qəzzadakı katolik kilsəsinə hücum edib
"Vatican News" tərəfindən
Qəzza Zolağındakı yeganə katolik kilsəsi olan Müqəddəs Ailə əsi bu səhər tank tərəfindən vurulub. Nəticədə dörd nəfər ağır yaralanıb. Digər şəxslər, o cümlədən kilsənin keşişi ata Qabriel Romanelli yüngül yaralar alıb. Yaralananlardan iki nəfər sonradan həyatını itirib.
Yerusəlimin Latın Patriarxı kardinal Pierbattista Pitsaballa bu barədə “Vatican News”-a danışıb:
“Bildiyimiz odur ki, bir tank – İsrail Müdafiə Qüvvələri bunun səhvən baş verdiyini deyir, amma buna əmin deyilik – kilsəni, Müqəddəs Ailə kilsəsini, latın kilsəsini birbaşa vurub”, – deyə o bildirib. “Dörd nəfər ağır yaralanıb, onlardan ikisinin vəziyyəti son dərəcə ağırdır və həyatları təhlükədədir”.
“ədə olan digər yaralılar arasında vəziyyəti daha az ağır olanlar da var, o cümlədən kilsənin keşişi, çünki hamı kilsənin içində idi”.
“Qəzzada bu gün nə baş verdiyinə dair tam məlumatımız yoxdur, çünki Qəzza ilə əlaqə bu qədər asan deyil”, – deyə o əlavə edib və mümkün olan kimi daha ətraflı məlumat almağa çalışacağını bildirib.
Onları heç vaxt tək qoymayacağıq
Kardinal Pitsaballa “Vatican News”-a italyanca müsahibə verərkən Qəzzadakı zərərçəkənlərə yaxınlığını ifadə edib: “Biz həmişə Qəzzaya bütün mümkün yollarla – birbaşa və dolayı yollarla – çatmağa çalışırıq. İndi bu haqda danışmaq üçün tezdir, baş verənləri anlamaq, nə etmək lazım olduğunu müəyyənləşdirmək vacibdir, xüsusilə də bizim insanlarımızı qorumaq üçün və əlbəttə ki, bu cür hadisələrin bir daha təkrarlanmamasını təmin etməyə çalışmaq üçün. Sonra necə davam edəcəyimizi görəcəyik, amma onları heç vaxt tək qoymayacağıq”.
Bundan əvvəl Yerusəlimin Latın Patriarxlığı “X” platformasında paylaşdığı bəyanatda kilsənin “hücumla vurulduğunu” təsdiqləmişdi. Açıqlamada hazırda “həlak olanların təsdiqlənmədiyi”, lakin kilsənin ziyan gördüyü qeyd olunurdu.
Katolik xəbər agentliyi SIR-in verdiyi məlumata görə, Müqəddəs Ailə əsi hal-hazırda təxminən 500 didərgin xristianı sığınacaqla təmin edir.
Hər yerdə ölüm, əzab və dağıntı
Yerusəlimin Latın Patriarxlığı daha sonra yaydığı bəyanatda deyib ki, "Müqəddəs Ailə kompleksindəki insanlar, evləri, mülkləri və ləyaqətləri artıq əllərindən alındıqdan sonra müharibənin dəhşətinin heç olmasa həyatlarını əllərindən almayacağına ümid edərək kilsədə sığınacaq tapan insanlardır".
"Bütün Müqəddəs Torpağın əsi adından" həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verərək Patriarxlıq dualar edir və basqını pisləyir və bunun Qəzzanı və xalqını məhv edən çoxsaylı hücumlardan yalnız biri olduğunu vurğulayır.
“Latın Patriarxlığı bu faciəni və günahsız mülki əhalinin və müqəddəs məkanın hədəf alınmasını qətiyyətlə pisləyir. Lakin bu faciə Qəzzanın başına gələn bir çox faciədən daha böyük və ya daha dəhşətli deyil. Bir çox başqa günahsız dinc sakinlər də zərər görüb, didərgin düşüb və öldürülüb. Ölüm, əzab və dağıntılar hər yerdədir”, - bəyanatda deyilir.
&ܳܳ;ə
Təcili tədbirlələ səsləyən bəyanatda deyilir: “Dünya liderlərin səslərini ucaltmalarının və insani və mənəvi cəhətdən əsassız olan bu faciəni dayandırmaq üçün lazım olan hər şeyi etmələrinin zamanı çatıb”.
"Bu dəhşətli müharibə tam başa çatmalıdır ki, biz insan ləyaqətini bərpa etmək üçün uzun zaman aparacaq işlərə başlaya bilək."
"Bu ağrılı anlarda" icma üzvlərini dəfn edənlərə yaxınlığını bildirərəl, Patriarxlıq və kilsə dünyadan gələn həmrəylik və yaxınlıq sözlərinə görə minnətdarlığını bildirib və kardinal Pitsaballanın xalqı heç vaxt tək qoymayacağına dair vədini təkrarlayıb.
“Biz Qəzza icmasının yanında olmağa davam edəcəyik və onlara dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”.