İndoneziyada Məryəm Anaya həsr olunmuş bayram xristianları və müsəlmanları bir araya gətirib
Kielke Cüssi tərəfindən
İyulun 9-dan avqustun 14-dək Flores adasında indoneziyalılar Müqəddəs Məryəmə həsr olunmuş dini bayramı qeyd edirlər. Floresin Bari şəhərindəki San Martin kilsəsində “Qolo Koe” kimi tanınan festivalın açılışı üçün yüzlərlə müsəlman və xristian Məryəmin heykəlini daşıyaraq dini yürüşlərdə və dualarda iştirak etmək üçün bir araya toplaşıb.
Mübarək Məryəmin Göylərə Götürülməsi bayramını qeyd etmək üçün beş həftəlik tədbir Labaun-Baco yeparxiyasının 26 kilsə icmasında qeyd olunur.
İndoneziyanın Flores adasının qərbində yaşayan manqaraylar etnik qruppu bayram yürüşünü rəqslər və mahnılar ilə başlayır, ənənəvi geyimdə olan müsəlman kəndlilər də onlara qoşulurlar. Daha sonra onlar birlikdə Məryəm Ananın heykəlini qarşılamaq üçün küçələri bambukla bəzəyirlər. Radio Veritas Asia (RVA) bunu "dinlərarası həmrəyliyin güclü şəhadəti" kimi xarakterizə edib.
Dini sərhədləri aşan festival
Yepiskop Maksimus Requs bayram ibadətlərinin açılış mərasiminə başçılıq edib və çıxışında Məryəm Ananı birlik nümunəsi kimi təqdim edib. O vurğulayıb ki, “müsəlman bacı və qardaşlarımızın iştirakı bu festivalın inklüziv ruhunu əks etdirir”.
Yeparxiyanın general vikarisi tədbirin dini sərhədlərdən kənara çıxdığını qeyd edib. O, bu festivalı “dini və etnik sərhədləri aşan mənəvi və mədəni birliyin hərəkatı” adlandırıb.
Avqustun 14-də tədbir Məryəm Anaya həsr olunmuş festivalının mənəvi və mədəni kulminasiyası olacaq Uaterfront Siti-dən Qolo Koe Hillə qədər möhtəşəm dini yürüşlə yekunlaşacaq.