MAP

2025.07.25 Pilgrims of hope from Baku

Bakının ümid zəvvarları: Biz böyük bir ailənin üzvüyük

Yubiley ili tədbirləri çərçivəsində Azərbaycanın katolik gənclərindən ibarət kiçik qrup Romaya zəvvar səfəri edib. İyulun 19-da həvari paytaxtına gələn Bakının ümid zəvvarları beş gün ərzində dörd papa bazilikasında dua edib, Papanın xeyir-duasını alıb və Nettunodakı müq. Maria Qoretti ziyarətgahında olublar.

Toral Ağayev tərəfindən

Bakı katolik gənclərinin altı nümayəndəsi, ölkənin baş katolik kilsəsi, Müqəddəs Məryəm kilsəsinin baş keşişi ata Martin Bonkalo S.D.B. və Xristianların Köməkçisi Məryəm ordeninin rahibə bacılarının müşayiəti ilə Yubiley zəvvarlığında iştirak etmək üçün Romaya səfər ediblər.

Ümidin gənc zəvvarları Müqəddəs Peter, Müqəddəs Paul, Lateran və Santa-Maria-Macore (Santa-Maria-Maggiore) papa bazilikalarında dua ediblər,  ilk Roma şəhidlərinin həyatı və ölümü ilə bağlı yerləri ziyarət ediblər.

Qəlblərimizi puç olan şeylərdən azad etmək və Allaha yaxınlaşmaq

Bakılı zəvvarlar “Vatican News” portalının azərbaycan səhifəsinə öz təəssüratları və zəvvar səfərlərinin ruhani bəhrələrindən danışıblar.

"Məqsədimiz sadə, lakin dərin idi - qəlblərimizi puç olan şeylərdən azad etmək və Allaha yaxınlaşmaq. Yolumuz müqəddəs yerlərdən keçirdi, burada hər bir dayanacaq təkcə fiziki bir addım deyil, həm də mənəvi bir addım oldu", - deyə Bakıdakı Müqəddəs Məryəm kilsəsinin gənc imanlısı Marqarita Remtivtseva təəssüratlarını bölüşdü.  "Ümumdünya əsinin ruhani mərkəzlərində olarkən biz xüsusi bir lütf hiss etdik. Biz daha aydın başa düşdük ki, Məsihin əsi böyük və vahid ailədir və biz onun kiçik, lakin canlı bir hissəsiyik", - deyə o, əlavə etdi. 

Azərbaycanın gənc katolikləri Kastel Qandolfoda
Azərbaycanın gənc katolikləri Kastel Qandolfoda

Azərbaycan katoliklərinin zəvvar marşrutunda Nettunodakı Müqəddəs Maria Qoretti ziyarətgahına səfər xüsusi yer tutmuşdur. Azərbaycanın katolik gəncləri üçün Dominik Savio, Laura Vikunya və Mariya Qoretti kimi müqəddəslərin surətləri təkcə keçmişdən qalan nümunələr deyil, 21-ci əsrdə xristian şahidliyinin asan olmayan yolunda səmavi dostların canlı dua dəstəyidir.

Nettunodakı Maria Qoretti ziyarətgahı
Nettunodakı Maria Qoretti ziyarətgahı

Bazar günü, iyulun 20-də Bakı katolikləri dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə bacı və qardaşlarla birlikdə ənənəvi “Rəbbin Mələyi” müraciətindən sonra Papa XIV Leo-nun xeyir-duasını aldılar.

Aylin Məmmədova deyir: "Papa Leo-nu görmək çox təsir edici və ruhlandırıcı idi. Bu, qrupumuzun bir çox gənclərinin arzusu idi. Uzaqdan olsa da, bu qısa görüş bizi çox sevindirdi. Onun varlığı və sözləri dünyadakı milyonlarla katolik ilə sevinc, inam və mənəvi birlik hissini oyatdı". 

Sülh üçün dua

“Azərbaycandan gələn zəvvarlar nə üçün dua edirdilər?” sualına Bakıdakı Müqəddəs Məryəm kilsəsinin gənclər qrupunun fəal üzvü Daniil Ustyantsev belə cavab verdi: “Biz sülh, bütün müharibələrin sona çatması, ölkəmizin rifahı, ənin birliyi, eləcə də ailələrimiz, dostlarımız, günahlarımızın bağışlanması üçün və, əlbəttəki, duaya ehtiyacı olanlar üçün dua etdik”.

Azərbaycanın gənc katolikləri Müqəddəs Peter meydanında
Azərbaycanın gənc katolikləri Müqəddəs Peter meydanında

Gənclərdən hər biri “lütf zamanı” kimi adlandırdıqları bu zəvvar səfərini özünəməxsus şəkildə yaşadı, çünki Rəbb hər bir insanla şəxsən danışır, yaratdığı və xilas etdiyi şəxsiyyətin unikallığına hörmətlə yanaşır. Lakin hamını birləşdirən vəhdət hissi, iman, ümid və məhəbbət ənamlarına görə Allaha minnətdarlıq idi.   

25 iyul 2025, 21:17