MAP

2025.07.23 L’Arcivescovo Card. Matteo Zuppi e il Presidente della Comunità Ebraica di Bologna, Daniele De Paz

Kardinal Dzuppi və Yəhudi İcmasının Rəhbəri Qəzza müharibəsinə qarşı birgə bəyanat imzaladılar

Bolonya arxiyepiskopu, kardinal Matteo Maria Dzuppi və Bolonya Yəhudi İcmasının rəhbəri Daniele De Paz Qəzza müharibəsinə qarşı birgə bəyanat imzalayaraq günahsız mülki vətəndaşların qətliamını pisləyir, sülhə çağırır və antisemitizmə, islamofobiyaya və xristianofobiyaya qarşı çıxdılar.

Debora Katellano Lubov tərəfindən

“Heç bir səbəb günahsız insanların qətliamını haqlı çıxara bilməz.”

İtaliyanın SIR xəbər agentliyinin verdiyi məlumata görə, Bolonya arxiyepiskopu kardinal Matteo Maria Dzuppi və Bolonya Yəhudi İcmasının rəhbəri Daniele De Paz müharibəyə qarşı imzaladıqları birgə bəyanatda bu güclü çağırışı səsləndiriblər.

Hərbi əməliyyatlar dayansın

“Hamı dayansın. Silahlar susdurulsun, Qəzzadakı hərbi əməliyyatlar və İsrailə qarşı raket atışları dayandırılsın,” – kardinal və yəhudi icmasının rəhbəri belə yazıblar.

Bu çağırışla onlar qeyd ediblər: “Girovlar azad edilsin və cəsədlər geri qaytarılsın. Aclıq çəkənlərə yemək verilsin, yaralılara tibbi yardım təmin edilsin. Humanitar dəhlizlərə icazə verilsin. Başqalarına məxsus torpaqların işğalına son qoyulsun. Yeganə alternativin məhvetmə deyil, dialoq yolu olduğunu anlayaraq gəlin bu yola qayıdaq.”

Silahsız mülki şəxsləri hədəf alan bütün terror aktları pislənilir

Kardinal Dzuppi və De Paz “silahsız mülki şəxsləri hədəf alan hər bir terror aktını” pisləyərək bir daha vurğuladılar ki, “heç bir səbəb günahsızların qətliamını haqlı çıxara bilməz. Həddən artıq çox uşaq həlak olub…”

“Heç bir səbəb günahsızların qətliamını haqlı çıxara bilməz. Həddən artıq çox uşaq həlak olub. Nifrət üzərində heç bir təhlükəsizlik inşa edilə bilməz.”

Onlar bildirdilər ki, “fələstinlilər üçün ədalət, israillilər üçün isə təhlükəsizlik yalnız qarşılıqlı tanınma, əsas hüquqlara hörmət və bir-biri ilə dialoq istəyi ilə mümkündür.”

Antisemitizmə, islamofobiyaya və xristianofobiyaya qarşı çıxış

Birgə bəyanatda onlar həmçinin “zorakılığın dəhşətinə alışmaq istəməyən və alışmamalı olan yaralı bəşəriyyətin fəryadına” qoşulduqlarını ifadə edərək, “artıq müharibə olmasın” çağırışı etdilər.

Bu fəryadın həm “fələstinlilərin, həm də israillilərin” və “heç nəyəbaxmayaraq qanunun təmin edə biləcəyi görüş və etimada əsaslanan sülhə inananların fəryadı” olduğunu vurğuladılar.

Sonda onlar “bütün antisemitizm, islamofobiya və xristianofobiya formalarının rədd edilməsinə” çağıraraq, “İtaliya və beynəlxalq qurumları cəsarət və aydın mövqe nümayiş etdirməyə, dialoq üçün imkanların yaradılmasına və sülhə aparan qətiyyətli yolları dəstəkləməyə” çağırdılar və “sülh həmişə mümkündür” mesajını verdilər.

23 iyul 2025, 21:35