Liturgiya oxunuşları: 8 İYUN. MÜQƏDDƏS RUHUN ENMƏSİ BAYRAMI
BİRİNCİ OXUNUŞ Həv 2,1-11
Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar. Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı. Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik? Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində, Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır».
əڲ
Bu heyrətamiz xarizmatik fenomen ədə bir daha təkrarlanmadı. Dillərdə danışmaq ənamı bu gün də mövcud olsa da, bu, Həvarilərin İşləri Kitabında təsvir olunan ənam deyil. Həvarilər ana dillərində danışırlar (ehtimal ki, aramey dilində), lakin bütün xaricilər onları mükəmməl başa düşürlər. Oxşar əhvalat Padre Pio haqqında da danışılır, bir alman tövbə etmək üçün onun yanına gələrək onunla almanca danışdı və padre hər şeyi başa düşdü; padre italyanca danışdı və alman hər şeyi başa düşdü. Bu dillər ənamı mədəniyyətlər və xalqlar arasındakı bütün ayrılıqları məhv etdi: Müqəddəs Ruhla hamı bir-birini başa düşdü. Lakin ən maraqlısı - həvarilərin nədən danışdıqları və ətrafdakı insanların nəyi başa düşməsidir: onlar “Allahın böyük işləri” haqqında danışırdılar. Buradan belə nəticə çıxır ki, bu xarizmatik hadisə camaatı heyrətləndirmək və ya mücərrəd bir şey haqqında danışmaq üçün verilməmişdir: onlar nəhayət Allahı tanımaq və sevmək, Ona ibadət etmək və Müqəddəs Ruhu qəbul edib Allahın böyük işlərini dünyaya bəyan etmək üçün Allah haqqında danışırdılar.
İKİNCİ OXUNUŞ 1 Kor 12,3b-7.12-13
Heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz. Müxtəlif ənamlar var, amma Ruh eynidir. Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir; çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.
əڲ
İnsan “cisminə uyğun” yaşamağı seçməklə birbaşa məhvə doğru gedir. Lakin o, Müqəddəs Ruhu qəbul etməklə “fərqli” ölçüyə daxil olur və bu dünyada qalaraq, başqa şəkildə - “Ruha uyğun” yaşayır. Bu o deməkdir ki, onun düşüncə və hərəkətləri Allahın Özü tərəfindən idarə olunur. Latakiyalı mitropolit İqnatius Hazim yazır: “Müqəddəs Ruh olmadan, Allah uzaq görünür, İncil - ölü hərfə, ə - sadəcə bir təşkilata, hakimiyyət - hökmranlığa, missiya - təbliğata, xristian həyatı - qanunlara qul riayətinə çevrilir. Lakin Müqəddəs Ruhda bütün yaradılış sevinclə Allahın Padşahlığını gözləyir, dirilmiş Məsih aramızda yaşayır, İncil Üçlükdə Bir olan Allahın niyyətini təmsil edir, hakimiyyət azadlığı gətirir, missiya Əllinci Gün bayramına çevrilir, liturgiya - gələcək Padşahlığın bəxtiyarlığını yaşadır, və insan əməlləri İlahi mənaya bürünür”. Bu, doğrudan da, belədir. Gəlin bütün qəlbimizlə Müqəddəs Ruha etibar edək və Onu yeni həyatımıza daxil olmağa və bütün dünyanı Özü ilə yeniləməyə çağıraq.
İNCİL Yəhya 20,19-23
O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».
əڲ
Müqəddəs Ruhun enməsi İlahi mücəssəmənin kulminasiya nöqtəsidir və Allahın ali niyyətinin ifadəsidir ki, insan təbiətcə deyil (çünki Allah Allahdır və biz sadəcə Onun xilqətiyik), məhəbbətdə Ona bənzəsin. Əgər biz Allahın surətində və bənzərində yaradılmışıqsa, onda biz Onun səviyyəsinə yaxınlaşa və müəyyən dərəcədə Onun həyatını yaşaya bilərik. Günah məhəbbət ünsiyyətini kəsdi; Musanın Qanunu həmin ünsiyyətə qayıtmaq üçün yol hazırladı. Lakin yalnız Müqəddəs Ruhun ənamı ilə insan Allahın həyatına daxil ola və Onun məhəbbəti ilə nəfəs ala bilər. Bunun üçün Rəbb İsa Məsihin sözlərinə qulaq asmaq, Ona tam itaət etmək, Onun ardınca getmək, Onun bütün yaşadıqlarını yaşamaq və Onun etdiklərini etmək lazımdır. O zaman, Müqəddəs Ruhun köməyi ilə biz heyvani təbiətdən bir qədər yuxarıda duran sadə insanlar olmaqdan çıxıb, Allahı daxilimizə “yerləşdirməyə” qadir olan varlıqlara çevriləcəyik. Müqəddəs Xuan de la Krus yazır ki, Məhəbbət “ya bərabərini tapır, ya da özünə bərabər edir”. Buna görə də, Uca Allah bizi sonsuz məhəbbətlə Öz Ruhu ilə doldurur və Onu Özünün istədiyi kimi sevməyə qadir edir. Xristianlıq dindən daha çox, bir sevgi hekayəsidir.