MAP

2023.04.18 gesu chiama i discepoli

Liturgiya oxunuşları: 6 İYUN. Pasxanın VII həftəsinin cüməsi

"Məni sevirsənmi?" İsa torları boş olan və hər şeyi yenidən başlamaqdan qorxan, suya tullanmaq cəsarəti çatmayan və qətiyyətini itirənlərdən soruşur. "Məni sevirsənmi?" İsa soruşur. O andan etibarən Peter balıq tutmağı həmişəlik tərk etdi və özünü Allaha və qardaşlarına xidmət etməyə həsr etdi, hətta indi durduğumuz yerdə öz canını fəda etdi. Biz də İsanı sevmək istəyirikmi?” (Papa Fransisk, “Səmavi Mələkə” 01.05.2022)

BİRİNCİ OXUNUŞ Həv 25,13-21

Bir neçə gündən sonra padşah Aqrippa ilə Berniki Festi təbrik etmək üçün Qeysəriyyəyə gəldi. Bir müddət orada qaldılar. Fest bu ərəfədə Paulun işini padşaha danışdı. O dedi: «Bir kişi var, Feliks onu məhbus saxlayaraq gedib. Yerusəlimdə olduğum ərəfədə Yəhudilərin başçı kahinləri ilə ağsaqqalları onunla bağlı şikayətlərini açıqladı və onu cəzalandırmağımı istədi. Mən dedim ki, ittiham edilən şəxsi ittihamçılarla üzləşdirmədən, ona edilən ittihamlara müdafiə imkanı vermədən, onlara təslim etmək Romalıların adətinə xas deyil. Onlar mənimlə buraya toplananda heç bir vaxt itirmədən ertəsi gün hökm kürsüsünə çıxıb bu kişinin gətirilməsini əmr etdim. Amma ittihamçılar qalxıb danışanda mənim gözlədiyim cinayətlərin heç biri ilə onu təqsirləndirmədilər. Lakin onunla öz dinləri barədə bir neçə məsələ qaldırdılar. Bunlar ölmüş və Paulun iddiasına görə sağ olan İsa adlı bir şəxslə bağlı məsələlərdir. Bunları necə tədqiq edəcəyimdən şübhələndiyim üçün ondan soruşdum ki, Yerusəlimə gedib bu iş üçün orada mühakimə olmağa razıdır ya yox. Amma Paul imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə qalması barədə əmr verdim».

əڲ

Həvari Paul Yerusəlimdəki Sinedrionun qarşısına çıxmaq istəmədi, çünki orada ona nifrət edirdilər. Ona görə yox ki, Paul ölümdən qorxurdu – xeyr! – lakin dünyanın müxtəlif yerlərində yeni yaranmış ənin rifahı naminə, xristian icmalarını yaratmaq və birləşdirməyə davam etmək üçün həyatını qorumağı daha məqsədəuyğun hesab etdi. Roma vətəndaşı kimi o, Romadakı Sezar məhkəməsinə müraciət etmək hüququndan istifadə etdi, çünki o, romalıların yəhudilərin dini mübahisələrində maraqlı olmadığını və sonda azad ediləcəyini yaxşı bilirdi. Və belə də oldu. Romaya gəldikdən sonra Paul Müjdəni maneəsiz, nəzarət altında olaraq təbliğ etmək imkanını əldə etdi (Həv 28,31). Bu halda, Paul ənin rifahı naminə, Müjdə işinə tam bağlılıqla hərəkət etdi. O sonradan qəbul edəcəyi şəhidliyə də hazır idi. Romada qanlı təqiblər başlayanda Paul əsir düşdü və bir xristian kimi şəhid oldu. Həmişə və hər şeydə vacib olan ənin rifahı və həqiqətin zəfəridir.

İNCİL Yəhya 21,15-19

Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə». İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar».  Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə. Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq». İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi.

əڲ  

Rəbb İsanın həlimliyi və təvəzökarlığı həqiqətən insanı tərksilah edir. Həvarilərin birincisi, On İkilərin başçısı Peter üç dəfə Ustadı inkar etdikdən sonra, İsa onların ilk görüşündə bunu bir sözlə belə xatırlatmır. O, yalnız sevilməyi xahiş edir. Peterin çaşqınlığını başa düşmək olar. Əgər Rəbb onu şiddətli bir məzəmmətə məruz qoysaydı, yəqin ki, o, bu qədər çaşqın və təşvişə düşməzdi. Amma yox: İsa biz hələ günahkar olduğumuz halda yanımıza gəlir və bizi Özünə çəkmək üçün bizə sevildiyimizi hiss etdirir. Bu, məhz xəyanətə bulaşdığımız zaman baş verir. İlahi məhəbbətin əzəməti budur: qəlblərimizin qaranlığına sevgi incisini yerləşdirmək. Peter günahkardır, lakin o, bağışlanmağı təvazökarlıqla qəbul edir ki, öz növbəsində güc və səlahiyyətə bürünərək başqalarının zəif cəhətlərini bağışlamağı öyrənsin. İsa həvari Peterin borcunu bağışlayır və sevgini, insan zəifliyi üzündən yox olduğu yerə qaytarır.

05 iyun 2025, 23:58