Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər
Toral Ağayev tərəfindən
Xristianlıq Azərbaycan torpağında qədim zamanlardan geniş şəkildə təmsil olunub. Təsadüfi deyil ki, xristianların əvvəlki nəsillərinin müqəddəs iman təcrübəsini diqqətlə qoruyub saxlayan ə müasir Azərbaycan ərazisini həvari vəzinin diyarı adlandırır, çünki qədim ənənəyə görə, müqəddəs həvarilər Bartalmay (Varmolomey) və Taddayın (Faddey) missionerlik yolu məhz Cənubi Qafqazdan keçib.
Dəyirmi masanın təşəbbüskarı kimi Bakı və Azərbaycan Pravoslav Yeparxiyası çıxış edib. Tədbirdən əvvəl toplaşanlara Azərbaycandakı xristian icmalarının həyatına həsr olunmuş tematik fotosərgi təqdim olunub.
Dəyirmi masa iştirakçılarını Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycanda Katolik əsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek (SDB) salamlayıblar.
Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev Azərbaycanda Katolik əsinin tarixi və dirçəlişi, eləcə də ölkənin ümumi dini mənzərəsində katolik icmasının hazırkı yeri haqqında məruzə oxuyub. Məruzədə ənin Azərbaycanda sosial və maarifləndirmə xidmətinə və dinlərarası əməkdaşlıqda roluna xüsusi diqqət yetirilib.