Yepiskop Vladimir Fekete: Allah Papa XIV Leo-ya daim yol göstərsin və ona xeyir-dua versin
Toral Ağayev tərəfindən
2025-ci il mayın 8-i Katolik əsinin tarixinə Həvari Peterin varisi və Ümumdünya əsinin Başçısı olan 267-ci Roma Yepiskopunun seçildiyi gün kimi düşəcək. Vatikanda keçirilən konklav üçün toplaşan kardinallar konklavın ikinci günündə son bir neçə il ərzində Yepiskoplar üzrə Dikasteriyaya rəhbərlik etmiş kardinal Robert Fransisk Prevo-nu Roma Papası seçdilər. Yeni Papa XIV Leo adını qəbul etdi.
Bu münasibətlə Azərbaycanda Katolik əsinin apostol prefekti, yepiskop Vladimir Fekete Azərbaycanın imanlılarına müraciət edib.
"ə yeni Papanın simasında, dini həyatda, Allaha səmimi və fədakarlıqla xidmət etmək istəyənləri mənəvi cəhətdən dəstəkləməkdə zəngin təcrübəyə malik ruhani çobanı əldə etdiyinə görə biz, Rəbb Allaha təşəkkür edirik. Biz həmçinin onun missioner qəlbinə görə və Müjdəni bütün xalqlara təbliğ etmək şövqünə görə təşəkkür edirik."
Yepiskop Vladimir Fekete imanlıları dua etməyə çağırıb ki, ə yeni seçilmiş Papanın müdrik rəhbərliyi altında İncili səylə yaymağa və xristianlar arasında birliyi möhkəmləndirməyə davam etsin.
Sülh olsun!
"Gəlin dua edək ki, ə öz nüfuzu ilə dialoqa, yoxsulluğun azaldılmasına və hərbi münaqişələrin sona çatmasına töhfə versin. Qoy, Müqəddəs Ata Leonun seçildikdən dərhal sonra dilədiyi Məsihin sülhü yer üzündə hökm sürsün və bölünmələrdən ağrı və əziyyət çəkən bəşəriyyəti birləşdirsin.", yepiskopun müraciətində deyilir.