MAP

2019.05.31 Visitazione della Beata Vergine Maria

Liturgiya oxunuşları: 31 MAY. MÜQƏDDƏS MƏRYƏMİN ELİZAVETİ ZİYARƏT ETMƏSİ BAYRAMI

“Müjdəçi deyir ki, “Məryəm tələsik qalxıb” Elizaveti görməyə getdi. Məryəm, Oğlunun doğulmasına hazırlaşmaq üçün evdə qala bilərdi, amma bunun əvəzinə başqalarının qayğısına qalmağı seçdi və öz hərəkətləri ilə artıq bətnində daşıdığı Rəbbin şagirdi olduğunu göstərdi. Məsihin Mövlüdü bu şəkildə, sadə bir mərhəmət əməli ilə başladı; axı həqiqi mərhəmət həmişə Allahın məhəbbətinin bəhrəsidir” (Papa Fransisk, “Rəbbin Mələyi” 23.12.2018).

BİRİNCİ OXUNUŞ Rom 12,9-16b

Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin. Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin.

əڲ

Müqəddəs Paul mərhəmət əməllərdə ikiüzlülük təhlükəsi barədə xəbərdarlıq edir. Bu,  sevdiyini iddia edən, amma əslində başqalarının qarşısında yalnız yaxşı görünməyə çalışanların davranışıdır. Həvari məhəbbətin əməli təcəssümündən başqa bir şey olmayan, gizli niyyətlər və şəxsi maraqlar olmadan səmimi şəkildə yaxşılıq etməyi xahiş edir. Əslində başqalarına səmimi sevgi onların sevinc və kədərlərini bölüşməyə, başqasının hiss etdiklərini hiss etməyə hazır olmaq deməkdir. Bu mükəmməl dərrakə bizə müəyyən anda və konkret həmsöhbət üçün düzgün sözləri, düzgün məzmunu və düzgün tonu seçmək üçün xüsusi qabiliyyət verə bilər. Mübarək Məryəm belə edirdi: o, dünyaya Xilaskarı gətirmək üzrə olduğunu bilərək, köməyə ehtiyacı olan qohumu Elizavetin yanına tələsdi. Şəfqət və anlayışın bu səviyyəsində olmaq asan deyil: ürəyimizi və ağlımızı başqalarının konkret ehtiyaclarına açmaq üçün hələ çox şey öyrənməliyik.

İNCİL Luka 1,39-56

O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı. O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır! Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib? Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi. Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!» Məryəm isə dedi: «Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır, çünki O Öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq, çünki Qadir Olan mənim üçün böyük işlər etdi, onun adı müqəddəsdir! Onun mərhəməti də nəsildən-nəslə ondan qorxanlara göstərilər. O, qolu ilə qüdrətli işlər gördü, ürəklərində qürurla düşünənləri pərən-pərən saldı. Hökmdarları taxtlarından endirdi, məzlumları yüksəltdi. Acları nemətlərlə doydurdu, varlıları isə əliboş yola saldı. Rəbb qulu İsrailin imdadına çatdı, ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik mərhəmət göstərməyi yada saldı». Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.

əڲ  

Hamiləliklə bağlı böyük xəbərdən dərhal sonra Məryəm yaşlı qohumunun da uşaq gözlədiyini öyrənir. Məryəm tez hazırlaşır və tələsik uzun bir səfərə çıxır. Uca olan  adi olan ilə qarışır, çünki məhəbbətin sərhədi yoxdur: Allahı sevmək, konkret olaraq qonşunu sevmək deməkdir. Bu insani, ailəvi, qarşılıqlı sevgi, Elizavet Məryəmdə Allahın Validəsini görəndə qəfil yüksəlir və kulminasiya nöqtəsinə çatır. Qazan, soba və ya evi təmizləməzdən əvvəl Məryəmin qəlbi Allaha doğru açılır və baş verənlərə görə Onu izzətləndirir: “Qəlbim Rəbbi ucaldır!” Gəlin bu sözləri bir əmr, bir müqəddəs nəsihət kimi qəbul edək: mərhəmət bizi hər dəfə yoxsullara kömək etməyə, bədbəxtlərə yardım etməyə, qocalara dəstək olmağa sövq edəndə Rəbbi ucaltmağı da öyrənək.

30 may 2025, 10:57