Liturgiya oxunuşları: 4 MAY. PASXANIN III RƏBB GÜNÜ
BİRİNCİ OXUNUŞ Həv 5,27b-32.40b-41
Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu: «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz». Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir. Ata-babamızın Allahı sizin çarmıxa çəkib* öldürdüyünüz İsanı diriltdi. İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir». həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər. Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar.
əڲ
Yəhudi dinində əsas söz sahibi olan Sinedriona münasibətdə həvarilər böyük azadlıq və müstəqillik nümayiş etdirirlər. Ancaq yəhudiliyin özünün əsas hadisəsi haqqında danışmağın vaxtı gəlib çatıb: Məsih gəldi, O, İsadır. Allahın Oğlu sınaqların öhdəsindən gəlməyə, şeytanı və pisliyi rədd etməyə və dirilmənin mənəvi sevincində yaşamağa kömək edən Müqəddəs Ruhunu verərək, ədə yaşamağa davam edir. Biz buna səssiz qala bilmərik! Yaşadığımız dövürdə biz də bu həqiqətləri ucadan hayqırmalıyıq. Əlbəttə ki, Müjdəni təbliğ etməyin düzgün yolunu tapmaq vacibdir, lakin həqiqəti təbliğ etmək zərurəti həqiqətən təxirsalınmazdır, çünki İsa olmadan biz heç nə edə bilmərik. Biz görürük ki, həvarilər qamçılandılar, lakin Sinedrionu xoşbəxt tərk etdilər! Dəhşətli bir qamçıya məruz qaldıqda, xoşbəxt olmaq mümkündürmü? Əgər Müqəddəs Ruh bizim içimizdə yaşayırsa, bu mümkündür. Əsl şər qamçılanma deyil, günahdır.
İKİNCİ OXUNUŞ Vəhy 5,11-14
Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız-hesabsız mələk gördüm və onların səsini eşitdim. 12 Onlar uca səslə deyirdi: «Kəsilmiş Quzu qüdrəti, sərvəti, hikməti, qüvvəti, şərəfi, izzəti və alqışı almağa layiqdir». Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim: «Taxtda Oturana və Quzuya əbədi olaraq alqış, şərəf, izzət və qüdrət olsun!» Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər.
əڲ
Müqəddəs Yəhya bizi möhtəşəm səmavi liturgiya ilə tanış edir: həmdlər, taxtlar, qurbangahlar, buxur, dualar, ilahilər...Böyük bir sülh hökm edir, hər kəsin öz rolu var və hamı bir Rəbbə, bizim üçün qurban verilən Quzu İsaya ibadət edir. ələrdə qeyd etdiyimiz liturgiya əslində səmavi olanı təkrarlayır və beləliklə bizi gələcək əbədi reallığa hazırlayır. Heç Benediktin monastırında Axşam duasını eşitmisinizmi? Rahiblər bir ağızdan hərəkət edir, ayağa qalxır, oturur, baş əyir, buxur yandırır, ilahilər oxuyur... Bunu görən insanlar heyranlıqla deyirlər: "Sanki cənnətdəyik!" Bu sözlər həqiqətdən uzaq deyil, baxmayaraq ki, biz hələ də maddiyatla yüklənmişik. Dünyavi həyat ilə əbədi həyat arasında, fani həyatla izzətli həyat arasında bir əlaqə var. ənin liturgiyası isə həqiqi reallığı əks etdirir. Əgər biz Məsihin əsi ilə vəhdətdə yaşayırıqsa, Allahın Kəlamını və Sakramentləri qəbul ediriksə, gündəlik həyatımızda mərhəmət işləri görürüksə və xilasın bəhrələrini veririksə, deməli artıq biz səmavi həyatda iştirak edirik.
İNCİL Yəhya 21,1-19
Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə oldu: Şimon Peter, «Əkiz» adlanan Tomas, Qalileyanın Qana kəndindən olan Natanael, Zavdayın oğulları və Onun başqa iki şagirdi birlikdə idi. Şimon Peter onlara «balıq ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedilər. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər. Günəş doğarkən İsa sahildə dayanmışdı, amma şagirdlər Onun İsa olduğunu bilmədilər. İsa onlara dedi: «Uşaqlar, yeməyə bir şey tutmusunuzmu?» Ona «xeyr» deyə cavab verdilər. İsa yenə dedi: «Toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız». Eləcə də atdılar və o qədər balıq tutdular ki, toru çəkə bilmirdilər. Onda İsanın sevimli şagirdi Peterə «Bu, Rəbdir» söylədi. Şimon Peter Onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb gölə atıldı. O biri şagirdlər isə balıq torunu çəkə-çəkə qayıqda gəldilər, çünki sahildən uzaq deyildilər, cəmi iki yüz qulac məsafədə idilər. Onlar quruya çıxanda orada közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər. İsa onlara dedi: «İndi tutduğunuz balıqlardan gətirin». Şimon Peter qayığa minib yüz əlli üç böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı. İsa onlara dedi: «Gəlin, səhər yeməyi yeyin». Şagirdlərdən heç biri Ondan «Sən kimsən?» deyə soruşmağa cəsarət etmirdi, çünki Onun Rəbb olduğunu bilirdilər. İsa gəlib çörəyi götürdü və onlara verdi, eləcə balığı da verdi. İsa ölülər arasından dirildikdən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərə görünürdü. Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə». İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar». Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə. Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq». İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi.
əڲ
Aydındır ki, İsaya məhəbbətin üçqat etirafı Peterin baş kahinin həyətində üçqat inkarını düzəltmək üçün nəzərdə tutulmuşdu. Bu əlaqə ə Ataları tərəfindən dəfələrlə şərh olunub. Bununla belə, Rəbb Peterə cavab verir: qoca olduğundan o, artıq geyinə bilməyəcək və başqalarının köməyinə ehtiyacı olacaq. Müjdəçinin izahı (“İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin”) bir ipucu verir. Aydındır ki, Peterin Rəbbə məhəbbətinin şifahi etirafı kifayət deyil. Daha dərin bir sınaq lazımdır: təvazökarlıq. Qoca artıq özünü geyindirə bilmir; başqa bir insanın ona toxunmasına icazə verməlidir, bu olduqca alçaldıcıdır. Eyni şəkildə, yaşlı bir adam artıq pilləkənlərdən enə bilməz və ya evdən tək çıxa bilməz. Bu qocalıq əlamətləri insanı tamamilə təvazökar, çılpaq və möhtac edən əsl təvəzökarlıq tələb Həvari Peter məhz bunu yaşamalıdır. Özünü tamamilə Allahın əlinə təslim etməklə, o, İsa kimi, İsa üçün məhəbbət naminə ölə biləcək.