Liturgiya oxunuşları: 30 MAY. Pasxanın VI həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Həv 18, 9-18
Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma. Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur». Paul orada il yarım qaldı və dayanmadan xalqa Allahın kəlamını öyrətdi. Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar. Belə dedilər: «Bu adam Allaha qeyri-qanuni şəkildə ibadət etmək üçün insanları tovlayır». Paul danışmaq istəyirdi ki, Qalliyo Yəhudilərə dedi: «Ey Yəhudilər, əgər ittihamınız bir haqsızlıq və yaxud ağır cinayət işinə görə olsaydı, sizi səbirlə dinləməyi məsləhət bilərdim. Amma məsələlər bir təlimlə, bəzi adlarla və sizin qanununuzla bağlı olduğu üçün bu işi özünüz həll edin. Mən belə şeylərə hakimlik etmək istəmirəm». Beləliklə, onları hökm kürsüsündən qovdu. Hamı sinaqoq rəisi Sosteni tutub hökm kürsüsünün qarşısında döydü. Qalliyo isə bu hadisələrə əhəmiyyət vermədi. Paul Korinfdə olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı və sonra onlarla vidalaşıb Priskila və Akila ilə birgə Suriyaya getmək üçün yelkən açdı.
əڲ
Paul böyük məmnuniyyətlə məsihçilərin böyük və imanda güclü icmasının formalaşdığı böyük yunan şəhəri Korinfdə qalmaq istərdi. Lakin yəhudilər Müjdənin uğurundan qəzəbləndilər və prokonsulun köməyinə müraciət etdilər. Daha böyük qalmaqal yaratmamaq üçün həvari ayrılıb yoluna davam edir. Əbədi sərgərdan, onun üçün əlverişli olan yerdə dayanmır, amma qəlbində şərdən qurtuluş xəbərini gözləyən bir çox başqa insanların ehtiyaclarını hiss edir. Bu gün də İsa və ə haqqında eşidib, sanki Allah yoxdurmuş kimi yaşayan və ya əyə qarşı çıxış edən çoxlu insanlar var. Biz onlara həyatın mənasını qaytarmaq, azadlıq bəxş edən Allahın yeniliyini gətirmək, ölümdən sonra olacaq əbədi həyat haqqında danışmaq üçün göndərilmişik. Uzağa getməli deyilik, hər gün rastlaşdığımız insanların olması kifayətdir: onların hamısı şüuraltı olaraq həqiqətə, yaxşılığa susayır.
İNCİL Yəhya 16,20-23a
Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək. Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar. Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək. O gün Məndən heç nə soruşmayacaqsınız.
əڲ
Son Şam Süfrəsindən sonra Rəbb kədər və sevinc haqqında danışmağa davam edir. Həyatda da belədir: biz daim əzabdan dərin sevincə keçirik. Ruhun bu iki halı bir yerdə ola bilər, çünki biz günahlar (özümüzün və başqalarının), xəstəliklər, təqiblər, sınaqlar üzündən əziyyət çəkirik və eyni zamanda Allahın lütfündə olmaqla daxilən sevinirik; biz sevinirik, çünki Rəbb bizi daxildən güc verir və bizə İlahi məhəbbətini bildirir. Bənzər bir nümunə - doğuşda olan bir qadındır: ən yüksək ağrı və ən yüksək sevinc. Biz həmçinin Allahın “hər göz yaşını siləcəyi” (Vəhy 21, 4), daha ağrı, şübhə və peşmanlığın olmayacağını cənnətdəki həyat haqqında düşünürük. Gəlin özümüzü gec-tez gələcək ölüm gününə hazırlayaq və onu əsl xoşbəxtliyə giriş qapısı kimi təsəvvür edək. Allah bizi orada görmək və həmişə bizimlə olmaq istəyir, çünki yer üzündə təmizlikdən keçmişiksə, ölüm əbədi xoşbəxtliyə çevriləcək.