MAP

2020.05.18 Vangelo del giorno apparizione di Cristo Risorto ai discepoli

Liturgiya oxunuşları: 3 MAY. Müqəddəs həvarilər Filip və Yaqub

“İsa bizi dua etməyə çağıraraq deyir: “Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin”. Çox təsirli sözlərdir! Biz İsanın yanına gəlib xahiş edə bilərik: “axı Sən söz vermişdin, o zaman əməl et! Elə et ki, iman sönməsin, Müjdə yayılmaqda davam etsin, problemlərimizi həll etməyə kömək et...” Dua zamanı belə cəsarətli olurqmu? Yoxsa duanı bir təhər, tələm-tələsik edirik?” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 03.05.2013).

ə həvari Filip və Yaqubun xatirəsini eyni gündə qeyd edir. Hər ikisi ilk şagirdlərin kiçik dairəsinə aid idilər, hər ikisi Allahın çağırışına dərhal və səxavətlə cavab verdilər, hər ikisi İsanın Səmavi Padşahlığı bəyan etməsində Onunla sona qədər qaldılar.  Hər ikisi şəhid oldu. Onların mübarək qalıqları Romanın qədim kilsələrindən biri olan On İki Müqəddəs Həvari Bazilikasının kriptasında (zirzəmisində) yerləşir.

Filip Betsaydadan idi, Vəftizçinin şagirdi idi və İsanın ardınca gedən ilklərdən  biri idi.  Rəvayətə görə, o, sonradan Müjdəni skiflərə və parfiyalılara təbliğ edirdi. Son Şam Süfrəsi zamanı İsa ona deyir: Məni görən Atanı görür. “Filip,” Papa XVI Benedikt qeyd edir, “bizə İsa ilə qalmağı və başqalarını bu zəruri birliyə çağırmağı öyrədir. O, həmçinin öyrədir ki, həqiqi həyat yalnız Allahı tapandan sonra başlanır ”.

Kiçik adlanan Yaqub İsanın qohumu idi. Böyük Yaqubun ölümündən sonra o, Yerusəlim əsinə başçılıq edib. O, Əhdi-Cədidin ümumdünya məktublarından birincisinin müəllifidir. Yaqub məktubunda hər şeydə Allahın iradəsinə güvənməyə çağırır və daim təkrarlayır: “Əgər Rəbb istəsə” (Yaqub 4:15).  O, bizi həqiqi rifaha aparan Səmavi Atanın dərkedilməz, lakin xoş iradəsinə təslim olmağa çağırır. Buna görə də, Müqəddəs Yaqub xristian həyatı üçün aktual və etibarlı bir bələdçi olaraq qalır.

BİRİNCİ OXUNUŞ

İndi, qardaşlar, sizə bəyan etdiyim və qəbul edib əsaslandığınız Müjdəni yadınıza salmaq istəyirəm. Əgər sizə bəyan etdiyim sözə bağlanmısınızsa, o Müjdə ilə də xilas olmaqdasınız, yoxsa əbəs yerə iman etmisiniz. Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. O əvvəl Kefaya, sonra On İki şagirdə göründü. Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü. Bu bacı-qardaşlardan çoxu indi də yaşayır, bəziləri isə vəfat etmişdir. Məsih daha sonra Yaquba, sonra bütün həvarilərə göründü. Hamıdan sonra isə vaxtından əvvəl doğulmuş bir uşağa bənzəyən mənə də göründü.

əڲ

Müqəddəs Paulun bu məktubundan olan oxunuşda biz ilk həvari müjdəsinin nümunəsini görürük. İlk xristian icmasının təbliğatının əsas məqsədi hamıya Rəbb İsa Məsihin ölülər arasından dirilməsini elan etmək idi. Həvarilər əvvəl Xoş Xəbərin başqa cəhətlərinə çox diqqət yetirmir, yalnız mahiyyətə diqqəti cəlb edirdilər.  Belə təkidin səbəbi nə idi? Bu gün İncili izah edərkən daha çox müxtəlif qayda-qanunlara əməl edilib-edilməməsindən danışılır, halbuki biz ilk olaraq bütün qəlbimizlə İsanın dirilməsini qəbul etməliyik. O yaşayır və artıq bizim varlığımız, ölüm astanasını keçən və bizimlə olmaq üçün dünyaya qayıdan İsanın həyatını bölüşməkdən ibarətdir. Məsih vasitəsilə insan Müqəddəs Ruhda Səmavi Ata ilə yaxın və sirrli ünsiyyətə nail olur. İsanın dirilməsindən sonra görünməsi bizə möhkəm ümid verir ki, biz də Onunla birlikdə diriləcəyik. Həvari Paul bugünkü oxunuşda deyir ki, Rəbb Yaquba göründü. İndi hər kəsə şəhadət vermək və elan etmək lazımdır ki, Rəbbin dirilməsi ilə həyat zəfər çaldı və son söz ölümə deyil, əbədi həyata məsxusdur.

İNCİL Yəhya 14, 6-14

İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz». Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir».  İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür. Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın.  Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.

əڲ  

Həvari Filipin Atanın kim olduğunu anlamaq istəyi tamamilə təbiidir: o, hər şeyi Yaradanı, həyatın Mənbəyi olanı görmək istəyir. Bu sirli Ata kimdir? İsa üç il Onun yanında olan yaxın dostu və şagirdinin hələ də başa düşmədiyinə təəccüblənir: Məsihdə göylərin və yerin yaradıcısı olan Səmavi Ata Özü zühur edib. İsanın etdiyi hər şey Atanın işidir. Məsihdə Səmavi Atanın sonsuz və qeyd-şərtsiz məhəbbəti zahir olur. Biz heç nəyə “layiq olmaq” məcburiyyətində deyilik - sadəcə iman etmək və ürəyimizi açmaq lazımdır. Qalan hər şeyi Allah edir.

02 may 2025, 14:53