MAP

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 27 MAY. Pasxanın VI həftəsinin çərşənbə axşamı

"Cənnətə aparmayan yollar var: bunlar dünyəviləşmə, özünü təsdiqləmə və eqoizm yollarıdır. Bir də İsanın yolu, təvazökar sevgi, dua, həlimlik, etibar və başqalarına xidmət yolu var. Bu, baş qəhrəmanın özümüz deyil, Rəbb olduğu bir yoldur və həyatımızın da baş qəhrəmanı Odur” (Papa Fransisk, “Səmavi Mələkə” 10.05.2020).

BİRİNCİ OXUNUŞ Həv 16,22-34

Xalq da Paulla Silanın əleyhinə çıxdı. Hakimlər əmr verdilər ki, onların əyinlərindəki paltarları soyundurub dəyənəklə döysünlər. Onlara çox zərbə vurdular və sonra zindana atdılar. Zindanın baş mühafizəçisinə əmr etdilər ki, onları möhkəm nəzarət altında saxlasınlar. Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı. Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar. Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü. Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb. Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!» Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə döşəndi. Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?»  Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız». Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər. Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu. Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular.

əڲ

Bu gün Həvarilərin İşləri Kitabından oxuduğumuz epizod nağıl kimi səslənsə də, əslində baş vermiş faktdır. Problem özümüzdədir: biz çox rasional olmuşuq! Əlimizlə toxunub elmi sınaqlardan keçirə bilmədiyimiz hər şey sanki nağıllar aləminə aiddir. Amma bu belə deyil: heç bir günahı olmayan iki həvari vəhşicəsinə döyülür və zindana atılır; bir neçə saatdan sonra bu məhbuslar Allahı tərənnüm etməyə başlayırlar; zəlzələ zindanı elə silkələyir ki, qapılar açılır və zəncirlər əllərindən düşür (amma ayaqlarında qalır); həbsxana gözətçisi intihara cəhddən heyrətə qədər, bir neçə dəqiqə ərzində İsa Məsihə imana və vəftizə qədər bir yolu keçir. Həvarilərin kilsəsində belə şeylər həqiqətən olubmu? Bəli, olub: həvarilərin alovlu imanı böyük möcüzələrə səbəb olurdu. Gəlin hər hansı, hətta ən ağlasığmaz vəziyyətdə də Müqəddəs Ruh tərəfindən idarə olunmağı öyrənək və biz də Rəbbin böyük işlərini görəcəyik.

İNCİL Yəhya 16, 5-11

İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur. Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu. Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: günah barədə, çünki Mənə iman etmirlər; salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub.

əڲ  

Rəbbin “Mən getməyim sizin xeyrinizədir” deməsi qəribə görünə bilər. Sevdiyimiz insandan belə sözləri necə qəbul edə bilərik? Sevdiyimiz insanın gözümüzdən itməsi həqiqətən xeyrimizə ola bilərmi? Doğrudur, Rəbb Müqəddəs Ruhu göndərəcəyini vəd edir, lakin bunun şərti məhz Onun Göylərə yüksəlişidir. Həvarilər təlaşa düşdülər, çünki İsanı sevirdilər, üç il Onun yanında yaşadılar. Onların Müqəddəs Ruh haqqında bilikləri çox səthi idi.  Həvarilər, tanıdıqları və sevdikləri İsa ilə yaxınlaşan vida səbəbindən kədərləndilər. Bununla belə, Əllinci Gündə həvarilər Müqəddəs Ruhu qəbul edəndə İsanın dediyi tam olaraq baş verdi: şagirdlər sevinclə doldular, baxmayaraq ki, onlara toxunub görə bildikləri İsa artıq alalarında yox idi.  Beləliklə, Rəbb haqlı çıxdı və bunun səbəbi sadədir: əvvəllər Onu zahiri bir şəxs kimi görürdülər və hər halda Onun yanında daim ola bilmirdilər, çünki O, başqa işlərlə də məşğul olurdu, halbuki, Müqəddəs Ruhun enməsindən sonra dirilmiş Məsih zahirdən daxili aləmə keçdi və onlar Onu öz ürəklərində əbədi bir varlıq kimi “dərk etdilər”. Bu hal, əgər insan lütf içində yaşayırsa, son və əbədidir. Əsl sevinc daim içimizdə olan dirilmiş Məsihdir!

26 may 2025, 14:12