MAP

2024.09.21 Gesù istruisce i suoi discepoli

Liturgiya oxunuşları: 26 MAY. Pasxanın VI həftəsinin bazar ertəsi

“Allaha və yaxınına məhəbbət İncilin ən böyük əmridir. Bu gün Rəbb bizi İncilin sevgi çağırışına səxavətlə cavab verməyə, Allahı həyatımızın mərkəzinə qoymağa və özümüzü qardaş və bacılarımıza, xüsusən də dəstəyə və təsəlliyə ən çox ehtiyacı olanlara xidmət etməyə həsr etməyə çağırır” (Papa Fransisk, “Səmavi Mələkə” 21.05.2017).

BİRİNCİ OXUNUŞ Həv 16,11-15

Troasdan yelkən açıb birbaşa Samotraki adasına və ertəsi gün isə Neapolisə gəldik. Oradan Filipiyə keçdik. Bura Makedoniya bölgəsində əhəmiyyətli bir şəhərdir, əhalisi əsasən Romalılardır. Bu şəhərdə bir neçə gün qaldıq. Şənbə günü şəhər darvazasından çıxıb çay kənarına getdik. Elə bildik ki, Yəhudilər adətən oraya dua etmək üçün yığılır. Oturduq, oraya yığılan qadınlarla söhbət etməyə başladıq. Bizə qulaq asanlar arasında Tiatira şəhərindən tünd qırmızı parça satan, Allaha mömin olan Lidiya adlı bir qadın var idi. Paulun sözlərinə qulaq asmaq üçün Rəbb ona açıq ürək vermişdi. Lidiya ev əhli ilə bərabər vəftiz olunduqdan sonra bizi evinə dəvət edib dedi: «Əgər siz məni Rəbbə sadiq bir insan kimi qəbul edirsinizsə, gəlin, mənim evimdə qalın». O bizi buna razı etdi.

əڲ

Nəhayət, Paul və Timotey Yunanıstana gəlir. O ana qədər heç bir xristian oraya ayaq basmamışdı və Yunanıstanda heç kim İsa və Onun dirilməsi haqqında heç nə bilmirdi. Bu ölkə universitetləri, akademiyaları, fəlsəfi məktəbləri, bütpərəst məbədləri və savadlı insanları ilə mədəniyyətin və incəsənətin beşiyi idi. Həvarilər İncili vəz etməyə başlayırlar. Nə edəcəklərini bilməyərək, həvarilər, bir neçə nəfərin çayın sahilində dua etmək üçün toplaşdığını görürlər, onların yanına gəlib İsa haqqında danışmağa başlayırlar. Beləliklə, xristianlığı imperiyanın ürəyinə, bütün məlum dünyanın paytaxtı Romaya gətirəcək yunan-roma dünyasının müjdələnməsi başladı. Allahın işləri özünü tanıtmaq üçün böyük vasitələrə ehtiyac duymur: onlar kiçik şeylərdə doğulur, sonra isə Müqəddəs Ruhun gücü ilə böyüyürlər. Lazım olan tək şey imandır!

İNCİL Yəhya 15,26-16,4a

Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək. Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz. Büdrəməyəsiniz deyə bunları sizə söylədim. Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək. Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar. İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız.

əڲ  

İsa asan uğur vəd etmir. Xristianlıqda təbii ki, tam həyat dəyişimləri, qəhrəmanlıqlar, böyük sevinc var, amma onlar dünyanın təklif etdiklərinə bənzəmir. Allahdan gələn və Ona aparan hər şey böyük təvazökarlıq tələb edir. İnsanlar heç vaxt əsas qəhrəman olmur, çünki əsl möcüzə yradan Müqəddəs Ruhdur. Digər tərəfdən, Məsihin Ruhu bizimlə əməkdaşlıq edir, bizi öyrədir və dəyişdirir. Başqalarını imanda gücləndirən, imkanları məhdud olan bizlər deyilik, bizdə yaşayan Allahın Özüdür.  Məhz bu səbəbdən  Allah həlim, zəif, lakin imanı bol insanların köməyinə müraciət edir. Ona görə də yoxsulluğumuz bizi geridə qoymamalı, əksinə, “tramplin” rolunu oynamalıdır. Dominikanlı ata Mari-Dominik Molinierin fikrincə, "Bəşəriyyəti hökmdarlar və ya böyük işlər görən adamlar deyil, duaçılar ayaqda saxlayır. Allah onlardan nə tələb edir? Böyük işlər deyil, güclü iman!".  Şəhidlər də belədir: onlar bəşəriyyətin “qəhrəmanları” deyil, iman qəhrəmanlarıdır. Mübarək Rolando Rivinin cəmi 14 yaşı var idi, lakin o, Məsihə olan məhəbbət üzündən ölümü qəbul etdi və ürəyində böyük rahatlıqla onu təqib edənlər üçün dua edərək öldü. Onun böyüklüyü məhz kiçikliyində idi.

24 may 2025, 16:52